Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
“Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb
“Qida Təhlükəsizliyi Könüllüləri” mükafatlandırılıb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupu ilə görüş keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə AQTİ İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov çıxış edərək ölkəmizdə gənclər üçün yaradılan şəraitdən və könüllülük fəaliyyətinin əhəmiyyətindən bəhs edib, sağlam qidanın təbliğində “Qida Təhlükəsizliyi Könüllüləri”nin rolunu yüksək qiymətləndirib. Bildirib ki, könüllülər əhalinin maarifləndirilməsində özünəməxsus rol oynayır. Tədbirdə “Qida Təhlükəsizliyi Könüllüləri”nin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub. Sonra “Qida Təhlükəsizliyi Könüllüləri” təşəbbüs qrupunun illik hesabatı təqdim edilib. Qeyd olunub ki, ildən ilə könüllülərin sıraları genişlənir, onların qida sektorunun inkişafındakı rolu daha da artır. İndiyə qədər 1832 nəfər könüllü olmaq üçün müraciət edib, onlardan 350 nəfər seçilib. Könüllülərin müxtəlif tədbirlərdə iştirak etməsi, istehsalat müəssisələrinə infoturlar təşkil etməsi və əhalini sağlam qida ilə bağlı məlumatlandırması onların qida təhlükəsizliyi sahəsindəki təsirini daha da gücləndirir. Tədbirin sonunda Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən məzun könüllülərə sertifikatlar təqdim edilib.

Qəhvəyi mərmər bağacığı ilə necə mübarizə aparılmalıdır?
Qəhvəyi mərmər bağacığı ilə necə mübarizə aparılmalıdır?

Qəhvəyi mərmər bağacığı nədir? - Qəhvəyi mərmər bağacığı yayıldığı ölkələrdə iqtisadi zərərlərə səbəb olan karantin tətbiq edilən zərərvericidir. 300-dən çox bitki növü ilə qidalansa da, əsas qidalandığı bitkilər fındıq, alma, armud, şaftalı, nektarin, üzüm, qarğıdalı, pomidor və digər meyvə və tərəvəzlərdir. Bitkilərə ən çox ziyanı yaz aylarından başlayaraq payızın sonuna qədər aktiv qidalanan yetkin fərdlər vurur. Qəhvəyi mərmər bağacığı ilə mübarizə üsulları: - Qəhvəyi mərmər bağacığının bitkiyə vurduğu zərəri azaltmağın və onunla  mübarizənin ən effektiv üsulu qışlayan yetkin fərdlərin mexaniki yolla məhv edilməsidir. - Zərərverici yetkin fərd mərhələsində qrup halında qaranlıq yerlərdə qışlayır. Təbiətdə yarpaq qalıqları, ağac oyuqları və ağac qabığının altında qışlasa da, sığınacaq kimi tikililərdən də istifadə edir. Həmçinin meşələr, meyvə bağları və tarlaların yaxınlığındakı tikililərin sirayətlənməsi ehtimalı yüksəkdir. - Zərərvericinin aşkarlanması məqsədilə tikililərin ən üst qatlarına, çardaqlara mütləq baxılmalıdır. Bu, mübarizənin düzgün aparılmasının bir göstəricisidir. - Mübarizə tədbirləri yalnız kimyəvi dərmanlamadan ibarət deyil. Mexaniki mübarizə, yəni bağacığın gizlənə biləcəyi yerlərin yoxlanılması, əşya və avadanlıqların nəzərdən keçirilməsi, mövcud bağacıqların toplanaraq məhv edilməsi olduqca effektiv üsullardandır. - Qışlama dövründə aparılan düzgün mübarizə nəinki qapalı məkanlarda, o cümlədən sonrakı fəsillərdə açıq ərazilərdə də zərərvericinin sayının azalmasına səbəb olur.

Kərə yağı adı ilə satılan bəzi yağların tərkibində uyğunsuzluq aşkarlandı
Kərə yağı adı ilə satılan bəzi yağların tərkibində uyğunsuzluq aşkarlandı

AQTA-nın həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterini - “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Linolen, Palmitin, Olein yağ turşuları) aşkar edilib. Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin, sahibkar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

“Sağlam məktəbli” layihəsi davam edir
“Sağlam məktəbli” layihəsi davam edir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir.  Məktəblilər arasında sağlam qidalanmanın təşviqi məqsədilə növbəti görüş Kaspi liseyinin müraciəti əsasında adıçəkilən məktəbdə keçirilib.  Tədbirdə iştirak edən 70-ə yaxın məktəbliyə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın əhəmiyyəti barədə məlumat verilib. Şagirdlər öz növbələrində zərərli qidaların insan sağlamlığına mənfi təsirlərini əks etdirən səhnəcik nümayiş etdiriblər. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Təhlükəsiz qidalanma necə olmalıdır?” və “Şəkərin insan sağlamlığına zərərləri” mövzularında təqdimatlar edilib.  Görüşdə qidalanma mövzusunda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara maarifləndirici bukletlər paylanılıb. Eləcə də qida təhlükəsizliyi ilə bağlı xoşagəlməz halla qarşılaşdıqda və ya sağlam qidalanma ilə əlaqədar suallar yarandıqda AQTA-nın “1003-Çağrı Mərkəzi”nə müraciət edə biləcəkləri şagirdlərin diqqətinə çatdırılıb.  Qeyd edək ki, “Sağlam məktəbli” layihəsi məktəblilər arasında sağlam qidalanmanının təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilir.

Video
Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici videoçarx

Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirici videoçarx