Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Texniki normativ hüquqi aktlar beynəlxalq standartlara uyğun hazırlanır
Texniki normativ hüquqi aktlar beynəlxalq standartlara uyğun hazırlanır

Qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, o cümlədən qida və yem məhsullarında qalıqların maksimum miqdarına, məhsulların tərkibində istifadəsinə yol verilən maddələr və onların müəyyən edilmiş hədlərinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyən edilir.  "Qida təhlükəsizliyi haqqında" Qanunun 9-cu maddəsinə əsasən, normativ hüquqi aktlar elmi sübutlar və Azərbaycan Respublikasının üzv olduğu beynəlxalq təşkilatlar, o cümlədən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının birgə təsis etdiyi Kodeks Alimentarius Komissiyası tərəfindən qəbul edilmiş beynəlxalq standartlar, təlimatlar və tövsiyələr əsasında hazırlanır.  Qanunun tələblərinə uyğun olaraq bugünədək onlarla sanitariya-gigiyena, baytarlıq, fitosanitar norma və qaydalar qəbul edilərək Hüquqi Aktların Dövlət Reyestrinə (e-qanun.az) daxil edilib. Bu proses qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, qida təhlükəsizliyi ilə bağlı milli normativ hüquqi bazanın yaradılmasına öz töhfəsini verib.

Qida obyektlərində dezinfeksiya tezliyinin müəyyənləşdirilməsi sahibkarların vəzifəsidir
Qida obyektlərində dezinfeksiya tezliyinin müəyyənləşdirilməsi sahibkarların vəzifəsidir

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 3 noyabr 2020-ci il tarixli, 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”a əsasən, qida zəncirinin bütün mərhələlərində — ilkin istehsal, tədarük, emal, qablaşdırma, saxlanma, daşınma, dövriyyə (o cümlədən idxal və ixrac), ictimai iaşə və xidmət sahələrində gigiyenik tələblərə ciddi riayət olunmalıdır.  Bu çərçivədə həmçinin, sahibkarlar tərəfindən qida obyektlərində müvafiq dezinfeksiya proqramları hazırlanmalı, bu proqramlarda dezinfeksiya tədbirlərinin tezliyi, üsulları və tətbiq olunan vasitələr dəqiq şəkildə müəyyən edilməlidir.  Müasir qida təhlükəsizliyi tələbləri və bundan irəli gələn mövcud normativ-hüquqi bazaya əsasən dezinfeksiya tədbirlərinin həyata keçirilmə tezliyi risk əsaslı yanaşma ilə qida obyektinin fəaliyyət sahəsi və növü, istehsal gücü, texnoloji proseslərin xüsusiyyətləri və dairəsi, sanitar vəziyyəti, yerləşməsi, layihələndirilməsi, işçilərin sayı və s. kimi amillər nəzərə alınmaqla, hər bir obyektə münasibətdə sahibkarlar tərəfindən müəyyənləşdirilərək icra olunmalıdır.  Dezinfeksiya tədbirləri ilə bağlı daxili nəzarət sistemlərinə uyğun olaraq müvafiq təsdiqedici sənədlər tərtib olunmalı və saxlanması təmin edilməlidir.

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib