Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu proqramist vəzifəsi üzrə ixtisaslaşmış mütəxəssisləri işə dəvət edir.
27 aprel - Beynəlxalq Baytar Həkimi Günüdür. Dünya Baytarlıq Günü də adlandırılan bu gün Azərbaycanda fəaliyyət göstərən baytar həkimlər tərəfindən qeyd olunur.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
AQTA tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası çərçivəsində AQTA və ADA Universitetinin birgə təşkilatçılığı ilə "Qida Təhlükəsizliyi" Simpoziumu keçirilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli mayın 3-ü saat 10:00-da Ucar Gənclər Mərkəzində Ucar, Kürdəmir, İmişli, Saatlı, Sabirabad, Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
Daxil olan vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Zərdabi küçəsi 90 A ünvanında fəaliyyət göstərən “Xan Çinar” kafesində plandankənar yoxlama keçirilib.
Gədəbəy rayonu, Novosaratovka kəndində fəaliyyət göstərən, “Rüfət” MMC-yə məxsus bazarda Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.
"MİRAS20-İM" MMC-nin Tayvandan idxal etdiyi “OOO PROGRESS ZERO INFINITY” müəssisəsinin istehsalı olan ümumi çəkisi 72.50 kq meyvə suyu topları məhsulundan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli aprelin 25-i Masallı Rayon Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi cari ilin 11-24 noyabr tarixlərində Bakıda təşkil olunacaq BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərini davam etdirir.
2024-cü il 23 aprel tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Xaçmaz, İsmayıllı, Lənkəran, Şəki, Zaqatala rayonlarında fəaliyyət göstərən 21 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi zoonoz xəstəliklərin izlənilərək ölkədə bruselyoza qarşı epizootoloji vəziyyətin sabitliyinin təmin edilməsi üçün məqsədyönlü mübarizə tədbirləri həyata keçirir.