Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir
AQTA “Sağlam məktəbli” layihəsini davam etdirir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən “Sağlam məktəbli” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir. Məktəblilər arasında sağlam qidalanmanın təşviq olunması, qida təhlükəsizliyi anlayışının təbliğ edilməsi və şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanması məqsədilə həyata keçirilən layihə çərçivəsində 2025-2026-cı tədris ili üzrə ilk görüş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 49 nömrəli məktəb-liseydə təşkil olunub. Tədbirdə iştirak edən 300 şagirdə Agentliyin fəaliyyət istiqamətləri, eləcə də qida təhlükəsizliyinin təmin olunması və sağlam qidalanmanın vacibliyi barədə məlumatlar verilib. Daha sonra Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən “Səhər yeməyinin faydaları” mövzusunda təqdimatlar edilib. Görüşdə mövzu ətrafında müzakirələr aparılıb, məktəbliləri maraqlandıran suallar cavablandırılıb və onlara sağlam qidalanmaya dair maarifləndirici bukletlər paylanıb. Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinə 2018-ci ildə start verilib. Layihə çərçivəsində hər il ümumtəhsil müəssisələrində şagirdlərlə qida sahəsində müxtəlif mövzularda görüşlər keçirilir. Agentlik tərəfindən belə görüşlərin davamlı olaraq təşkil edilməsi planlaşdırılıb.

Energetik içkidə aşkarlanan “Sildenafil” orqanizmdə ciddi fəsadlara səbəb ola bilər
Energetik içkidə aşkarlanan “Sildenafil” orqanizmdə ciddi fəsadlara səbəb ola bilər

Məlum olduğu kimi, AQTA tərəfindən aparılan nəzarət tədbirləri zamanı “Orxan 011” MMC-nin Türkiyədən idxal etdiyi “Paril Gida Alkoqolsuz Fonksiyonal İçecekler” müəssisəsinin istehsalı olan “Nitro Max” əmtəə nişanlı energetik içki məhsulu partiyalarında dərman vasitələrinin tərkibində istifadə olunan Sildenafil maddəsi aşkarlanıb. Faktla bağlı qanunuvericiliyə uyğun müvafiq tədbirlər görülərək məhsul partiyalarının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi barədə qərar qəbul edilib. Qeyd edək ki, Sildenafil maddəsi bəzi orqan və sistem xəstəliklərinin müalicəsində istifadə olunur. Həkim nəzarəti olmadığı halda insan həyat və sağlamlığına mənfi təsir göstərərək ciddi fəsadlar törədə bilər. Sildenafilin qəbulu baş ağrıları, qızdırma və ürəkbulanmaya səbəb ola bilir. Bununla yanaşı, görmənin qəfil itirilməsi və ya bulanıq görmə, nəfəs darlığı, sinədə ağrı kimi simptomlarla müşayiət edilə bilər. İnsult və ya infarkt keçirmiş, ciddi ürək və ya qaraciyər problemi olan şəxslər üçün xüsusilə təhlükəli hesab edilir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 2017-ci il 27 iyul tarixli 34 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısı”na daxil edilib. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dərman vasitələri qida məhsulları anlayışına aid edilmədiyindən, qida məhsulunun tərkibində istifadəsinə yol verilmir. Dərman vasitələri yalnız həkim nəzarəti altında qəbul edilməlidir.

Bitkiçilik məhsullarının ixracı istiqamətində işlər davam etdirilir
Bitkiçilik məhsullarının ixracı istiqamətində işlər davam etdirilir

Xurma, nar, pomidor və digər bitkiçilik məhsullarının xarici bazarlara ixracı istiqamətində görülən tədbirlər intensiv şəkildə davam etdirilir. Məqsəd Azərbaycan məhsullarının beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin artırılması və ixrac prosesinin beynəlxalq tələblərə uyğunlaşdırılmasıdır. İxrac zamanı beynəlxalq ticarət vasitəsilə karantin zərərvericilərinin yayılmasının qarşısının alınması məqsədilə “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərə və bu çərçivədə təsdiq edilmiş Beynəlxalq Standartlara ciddi riayət olunmalıdır. Bununla yanaşı, ixracatçılardan idxalçı ölkələrin qablaşdırma və etiketləmə tələblərinə əməl edilməsi tələb olunur. Bitkiçilik məhsullarının daşınmasında istifadə edilən taxta altlıqlar və digər qablaşdırma materialları beynəlxalq standartlara uyğun şəkildə işlənməli, məhsulların etiketlənməsi isə idxalçı ölkələrin tələblərinə əsaslanmalıdır. Etiketlərdə yerləşdirilən məlumatların oxunaqlı, davamlı və beynəlxalq norma və standartlara uyğun olması vacib şərtlərdən biridir. Ənənəvi qablaşdırmadan müasir qablaşdırma vasitələrinə keçid və beynəlxalq standartlara uyğun etiketləmə üsullarının tətbiqi məhsulların ixrac potensialını artırmaqla yanaşı, onların daşınması, saxlanması və bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə də şərait yaradır. Bu səbəbdən Agentlik ixrac prosesində iştirak edən bütün təsərrüfat subyektlərini bitkiçilik məhsullarının qablaşdırılması və etiketlənməsi ilə bağlı beynəlxalq və idxalçı ölkələrin tələblərinə ciddi riayət etməyə çağırır.

AQTİ-nin “HALAL” sertifikatlaşdırma xidmətlərinə maraq artır
AQTİ-nin “HALAL” sertifikatlaşdırma xidmətlərinə maraq artır

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “HALAL” sertifikatlaşdırma prosesi uğurla davam edir. Artıq bir çox iri müəssisə AQTİ-nin “HALAL” sertifikatlaşdırma xidmətlərindən faydalanır. “Siyəzən Broyler” ASC, “Səhliyalı” MMC, “Chicken Pro” MMC, “Harun N” MMC, “Hicaz 313” MMC kimi müəssisələr bu sertifikatın qazandırdığı üstünlüklərdən faydalanmaqla istehlakçılara daha etibarlı, keyfiyyətli və islami dəyərlərə uyğun məhsullar təqdim edirlər. Hazırda iki yeni müəssisənin müraciəti qəbul edilib və qiymətləndirilir. Bu isə xidmətin aktuallığını və əhəmiyyətini bir daha nümayiş etdirir. AQTİ-nin təqdim etdiyi “HALAL” sertifikatı və nişanı yalnız vizual simvol deyil, həm də etibarlılıq, şəffaflıq və məsuliyyət göstəricisidir. “HALAL” nişanı məhsulun istehsal prosesində xammalın seçilməsindən başlayaraq qablaşdırma mərhələsinədək bütün addımların islami qaydalara və beynəlxalq standartların tələblərinə uyğun həyata keçirildiyini təsdiqləyir. Bu nişan “HALAL” uyğunluq sertifikatı ilə birlikdə təqdim olunur və onun etibarlılığı sertifikatın qüvvədə olduğu müddət ərzində saxlanılır. İnstitut, Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) tərəfindən akkreditasiya edilərək “HALAL” uyğunluq sertifikatını və nişanını təqdim etmək səlahiyyətinə malikdir. Akkreditasiya prosesi SMIIC – İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun “OIC/SMIIC 2:2019 Uyğunluğun qiymətləndirilməsi - “HALAL” sertifikatlaşmanı həyata keçirən orqanlar üçün tələblər” standartının əsasında həyata keçirilib. Beləliklə, AQTİ-nin həyata keçirdiyi “HALAL” sertifikatlaşdırma beynəlxalq səviyyədə tanınır və etibarlı sertifikatlaşdırma xidməti olaraq fəaliyyət göstərməkdədir.

Bitki mühafizəsi və fitosanitar nəzarət sahəsində işlər uğurla davam etdirilir
Bitki mühafizəsi və fitosanitar nəzarət sahəsində işlər uğurla davam etdirilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bitki mühafizəsi, pestisidlərin idarə olunması və fitosanitar nəzarət sahəsində kompleks tədbirlər həyata keçirilib. 2025-ci ilin yanvar-sentyabr ayları ərzində pestisidlərin və aqrokimyəvi maddələrin saxlanması ilə bağlı Agentliyə 94 müraciət daxil olub, onlardan 57 anbar üzrə rəy verilib, 37 anbar üzrə isə uyğunsuzluqlar aşkar edildiyindən rəy verilməsindən imtina olunub. Bununla yanaşı, AQTA ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq çərçivəsində icra olunan “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi üzrə işlər uğurla davam etdirilir.  Qeyd edək ki, AQTA tərəfindən ötən il ərzində Ağstafa və Beyləqan rayonlarından 747 ton, cari il ərzində isə Samux, Füzuli və İmişli rayonlarından 1351 ton istifadəyə yararsız pestisid və həmin maddələrlə çirklənmiş torpaq qatının daşınması və “Cəngi pestisid poliqonu”nda yerləşdirilməsi təmin olunub. Eyni zamanda, müvafiq nazirliklərin nümayəndələrinin iştirakı ilə ölkə üzrə pestisid və aqrokimyəvi maddələrin istehsalı, saxlanması və satışı ilə məşğul olan 278 obyektə baxış keçirilib. Monitorinqlər nəticəsində qanunvericilik tələblərinin pozulduğu müəssisələrdə fitosanitar nəzarət tədbirləri həyata keçirilmiş, aşkar olunan nöqsanların aradan qaldırılması məqsədilə sahibkarlara müvafiq təlimatlar verilib.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab