Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat” kampaniyası çərçivəsində təhsil müəssisələrində görüşlər davam etdirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, cari il iyulun 1-dən bioloji aktiv qida məhsullarının qeydiyyatı üçün müraciətlərin qəbuluna başlayacaq.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən “Şəkəri azalt, ömrünü uzat!” kampaniyası davam edir.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli aprelin 25-i saat 10:00-da Masallı Rayon Heydər Əliyev Mərkəzində Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Cəbrayıl rayonlarından olan vətəndaşları qəbul edəcək.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi informasiya sistemlərini “AzInTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 69, 117, 174, 183 və 316 nömrəli körpələr evi-uşaq bağçalarından sonra 10, 225, 234 və 307 nömrəli tam orta məktəblərdə və 49 nömrəli məktəb-liseydə görüşlər təşkil edilib.
“Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə Bakıda keçirilən ikigünlük yekun tədbir başa çatıb. AQTA tərəfindən FAO-nunu dəstəyi ilə təşkil edilən tədbir bu gün Qida Nəzarəti Sisteminin Qiymətləndirilməsinin Nəticələri üzrə Yüksək Səviyyəli Görüşlə yekunlaşıb.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Slovakiya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Milan Layçak arasında görüş keçirilib.
Bakı şəhəri, Suraxanı rayonunda fəaliyyət göstərən alkoqolsuz içkilərin emalı müəssisəsində Agentlik əməkdaşları tərəfindən keçirilən planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Bu gün Bakıda “Azərbaycanda qida nəzarəti sisteminin qiymətləndirilməsi aləti” konsepsiyası üzrə tədbir işə başlayıb. Tədbir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən FAO-nun dəstəyi ilə keçirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkədə epizootoloji stabilliyin qorunması, baytarlıq nəzarətinin təmin edilməsi, bu sahədə fəaliyyətlərin tənzimlənməsi məqsədilə heyvan satışı bazarlarında monitorinqlər həyata keçirilir.