Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTA və AXA-nın rəhbər şəxsləri Balakən, Zaqatala rayonlarında zərərvericiyə qarşı mübarizə tədbirlərinin gedişi ilə tanış olub
AQTA və AXA-nın rəhbər şəxsləri Balakən, Zaqatala rayonlarında zərərvericiyə qarşı mübarizə tədbirlərinin gedişi ilə tanış olub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyev və Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sərdar Hacıyev Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirlərinin gedişi ilə tanış olmaq məqsədilə Balakən və Zaqatala rayonlarına səfər edib. Səfər çərçivəsində hər iki qurumun rəhbər şəxsləri yerli təsərrüfatlara baş çəkib, zərərverici ilə mübarizə istiqamətində görülən işlər, tətbiq olunan metodlar və profilaktik tədbirlərin icrası ilə maraqlanıblar.  Fermerlərə zərərvericinin yayılmasının qarşısının alınması üçün aparılan müşahidə və maarifləndirmə işləri barədə ətraflı məlumat verilib, vətəndaşlara praktik tövsiyələr təqdim olunub. Qəhvəyi mərmər bağacığının yayılma xüsusiyyətləri, təsərrüfata vurduğu zərərlər və məhv edilmə üsulları barədə maarifləndirici söhbətlər aparılıb. Səfər zamanı Balakən və Zaqatala rayon icra hakimiyyətlərində məsul şəxslərlə də görüş keçirilib, zərərvericiyə qarşı mübarizənin təşkilində yerli idarəetmə orqanlarının və icmaların birgə fəaliyyətinin əhəmiyyəti nəzərə çatdırılıb. Daha sonra rəhbər şəxslər Mazımçay Sərhəd-Gömrük Keçid Məntəqəsində olub. Burada Qəhvəyi mərmər bağacığının ölkə ərazisinə daxil olmasının qarşısının alınması məqsədilə həyata keçirilən fitosanitar nəzarət tədbirləri ilə tanış olublar və sərhəd nəzarətində qabaqlayıcı tədbirlərin vacibliyini qeyd ediblər. Ölkə üzrə fitosanitar sabitliyin təmin olunması, zərərvericinin yayılma ocaqlarının ləğvi və mübarizə tədbirlərinin sistemli şəkildə həyata keçirilməsi istiqamətində tədbirlər davam etdirilir.

AQTİ tərəfindən “Dükkan Xətai” restoranına “5 ulduz” sertifikatı təqdim edilib
AQTİ tərəfindən “Dükkan Xətai” restoranına “5 ulduz” sertifikatı təqdim edilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Dükkan Xətai” restoranında qiymətləndirmə aparılıb. Qiymətləndirmə zamanı bu restoranda qida təhlükəsizliyi tələblərinin tətbiq edildiyi müəyyənləşib. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqinin müəyyənləşdirilməsi prosesi çərçivəsində “Dükkan Xətai” restoranına “5 ulduz” sertifikatı təqdim edilib. Qeyd edək ki, “Ulduz-reytinq” layihəsi çərçivəsində restoranların reytinqi müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. Həyata keçirilən qiymətləndirmə həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də müştərilər üçün daha etibarlı seçim imkanı yaradır. Proses sahibkarların könüllü müraciətinə əsasən həyata keçirilir. Bunun üçün sahibkarlar info@afsi.gov.az elektron poçtu vasitəsilə AQTİ-yə rəsmi müraciət etməlidirlər. Müraciət İnstituta daxil olduqdan sonra 30 gün müddətində ictimai iaşə obyektində yoxlama aparılır, 10 iş günü ərzində isə sahibkarlara nəticələr haqqında rəsmi bildiriş göndərilir. Nəticələrə uyğun olaraq ictimai iaşə obyektlərinə 1 il müddətinə müvafiq sertifikat verilir. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqi müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab