Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Azərbaycan Çinin qida təhlükəsizliyi sahəsində təşəbbüsü olan platformaya qoşulub
Azərbaycan Çinin qida təhlükəsizliyi sahəsində təşəbbüsü olan platformaya qoşulub

Çin Xalq Respublikasının Şanxay şəhərində bu ölkənin Baş Gömrük Administrasiyasının təşkilatçılığı ilə "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində İdxal və İxracda Qida Təhlükəsizliyi sahəsində Əməkdaşlığa dair Konfrans işə başlayıb. 50 ölkənin nümayəndə heyətinin təmsil olunduğu konfransda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Aparat rəhbəri Məmmədrəhim Nəcəfov və sədrin müşaviri Elxan Mikayılov iştirak edir. İki gün davam edəcək tədbirin əsas məqsədi "Bir kəmər, bir yol" təşəbbüsündə iştirak edən ölkələr arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın qurulmasıdır. Tədbir çərçivəsində "Bir kəmər, bir yol" təşəbbüsünə daxil olan ölkələr üçün “İdxal və İxracda Qida Təhlükəsizliyi üzrə Əməkdaşlıq Mexanizminin Fəaliyyət Şərtləri” sənədi imzalanıb. Bu sənədlə Azərbaycan, Çinin təşəbbüsü ilə yaradılmış platformaya rəsmi olaraq qoşulub. Sözügedən platforma vasitəsilə iki ölkə arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açılıb. Sənədin məqsədi qida təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirmək, idarəetmə və tənzimləmə mexanizmlərinin qarşılıqlı anlaşılmasını təmin etmək, beynəlxalq qaydaların təkmilləşdirilməsini, həmçinin idxal və ixrac proseslərində qida təhlükəsizliyi risklərinin birgə aradan qaldırılmasını təşviq etməkdir. Bu təşəbbüs, “Bir kəmər, bir yol” ölkələri arasında qarşılıqlı etimad, fayda və innovasiya prinsiplərinə əsaslanan əməkdaşlıq platformasının qurulmasına xidmət edir və qida təhlükəsizliyi üzrə effektiv informasiya mübadiləsi, fövqəladə hallara birgə reaksiya və qida ticarətinin təhlükəsiz inkişafını dəstəkləyir.

“Kolorit” kafesində baytarlıq nəzarəti olmadan saxlanılan heyvanlar aidiyyəti üzrə təhvil verilib
“Kolorit” kafesində baytarlıq nəzarəti olmadan saxlanılan heyvanlar aidiyyəti üzrə təhvil verilib

Zoonoz xəstəliklərin baş vermə riskinin aradan qaldırılması və biotəhlükəsizliyin qorunmasına təhlükə hesab ediləcək qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində nəzarət tədbirləri gücləndirilib. Bu məqsədlə vəhşi heyvanların, quşların saxlanıldığı ictimai iaşə müəssisələrində və ailəvi istirahət məkanlarında monitorinqlər aparılır. Onların miqdarı və növləri müəyyən edilir, toplanıb müvafiq tələblər gözlənilməklə təbiət ərazisinə buraxılması və ya heyvan rifahı tələblərinə cavab verən heyvanat parklarına təhvil verilməsi, saxlandığı yerlərdə təmizlənmə, dezinfeksiya və digər baytarlıq-sanitariya tədbirlərinin görülməsi ilə bağlı sahibkarlıq subyektlərinə tapşırıqlar verilir. Tapşırıqlara əməl olunmayacağı təqdirdə qanunvericiliyə uyğun zəruri tədbirlər görüləcəyi diqqətə çatdırılır. Aparılan monitorinqlər zamanı Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 2094 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ələkbərzadə Fərid Fərhad oğluna məxsus “Kolorit” kafesində müəyyən edilmiş baytarlıq nəzarəti olmadan saxlanılan heyvan və quşlar (5 baş göyərçin, 15 baş dovşan, 2 baş xoruz, 4 baş tısbağa) aidiyyəti üzrə təhvil verilib və digər zəruri tədbirlər görülür.

AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında fındıq və badamın ixracına dair Protokol layihəsi imzalanıb
AQTA ilə Çinin Baş Gömrük Administrasiyası arasında fındıq və badamın ixracına dair Protokol layihəsi imzalanıb

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Çin Xalq Respublikasına (ÇXR) səfərləri ikitərəfli əlaqələrə yeni təkan verib, dövlətlərarası münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan Çin Sədri Si Cinpinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Çinə səfər edib. Məqsəd Azərbaycanın qida məhsullarının ixrac coğrafiyasının şaxələndirilməsidir. Belə ki, dünya bazarında yüksək keyfiyyəti və zəngin dadı ilə seçilən, Azərbaycanda yetişdirilən fındıq və badam artıq Çinə də ixrac olunacaq. Bununla əlaqədar AQTA ilə ÇXR-in Baş Gömrük Administrasiyası arasında keçirilən görüşdə “Azərbaycan Respublikasından Çin Xalq Respublikasına ixrac edilən fındıq və badamın yoxlanılması, karantini və sanitariya tələblərinə dair Protokol” layihəsi imzalanıb. Həmçinin tərəflər “İdxal və İxracda Qida Təhlükəsizliyi sahəsində Əməkdaşlıq Mexanizmi üzrə Sənəd Layihəsi”ni imzalayıblar. Görüşdə quş əti, akvakulturada yetişdirən və vəhşi təbiətdən əldə olunan dəniz məhsulları, albalı, alma, xurma və narın ixracı ilə bağlı məsələlər müzakirə olunub. Əldə olunmuş razılaşmalar Azərbaycan məhsullarının ixracını həyata keçirmək istəyən sahibkarlar üçün geniş imkanlar açır. Qeyd edək ki, AQTA-nın Aparat rəhbəri Məmmədrəhim Nəcəfov və sədrin müşaviri Elxan Mikayılov Şanxayda keçirilən “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində idxal və ixracda qida təhlükəsizliyi sahəsində əməkdaşlığa dair konfransda iştirak edirlər.

Qəhvəyi mərmər bağacığına qarşı mexaniki yolla mübarizə zərərvericinin yayılmasının qarşısını alır
Qəhvəyi mərmər bağacığına qarşı mexaniki yolla mübarizə zərərvericinin yayılmasının qarşısını alır

Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri davam edir. 300-dən çox bitki növü ilə qidalanan zərərverici payız dövründə fizioloji aktivliyini itirir və bitkilər üçün birbaşa təhlükə yaratmır. Bu mövsümdə qışlamaya üstünlük verdiyi üçün zərərverici əsasən yaşayış evlərində, ictimai-iaşə obyektlərində, təsərrüfat tikililərində və digər qapalı məkanlarda müşahidə olunur.   Qida Təhlükəsizliyi Agentliyi və əlaqədar qurumların təmsil olunduğu Regional Əlaqələndirmə Mərkəzləri tərəfindən vəziyyət nəzarətdə saxlanılaraq müvafiq tədbirlər görülür. Lakin yaşayış sahələrində kimyəvi mübarizə tədbirlərinin aparılması insan sağlamlığı üçün risklər yarada bilər. Buna görə də sakinlərin zərərvericiləri mexaniki üsullarla toplayaraq məhv etməsi xüsusilə vacibdir. Qeyd edək ki, beynəlxalq təcrübədə də Qəhvəyi mərmər bağacığı ilə mübarizədə mexaniki üsuldan geniş istifadə olunur. Bura aldadıcı tələlər, süni yaradılmış sığınacaq yerləri daxildir. Bağacıq üçün süni qışlama yerləri əsasən boş karton və ya qəzetlə doldurulmuş adi bir qutudan hazırlanır. Vətəndaşlar Qəhvəyi mərmər bağacığı ilə mübarizədə diqqətli və məsuliyyətli olmalıdırlar. Hazırki qışlama dövründə aparılmalı olan mexaniki yolla mübarizə üsulu zərərvericinin populyasiyasının qarşısını ala bilər.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab