Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Bərdənin Alpoud kəndində yerləşən heyvan bazarında monitorinq keçirilib
Bərdənin Alpoud kəndində yerləşən heyvan bazarında monitorinq keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Daxili İşlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyinin və Bərdə Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən Bərdə rayonunun Alpoud kəndində yerləşən heyvan bazarında monitorinq aparılıb. Monitorinq zamanı heyvanların saxlanma şəraiti, ticarət prosesi, baytarlıq nəzarətinin təşkili, eləcə də dezinfeksiya, dezinseksiya və deratizasiya tədbirlərinin icra vəziyyəti qiymətləndirilib.  Baxış zamanı heyvan sağlamlığına dair bir sıra tələblərin pozulduğu aşkarlanıb. Yerində aparılan yoxlamalar nəticəsində heyvan sağlamlığının qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə sahibkarlara müvafiq tövsiyələr verilib. AQTA bildirir ki, epizootik sabitliyin qorunması, zoonoz və xüsusi təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Bu müddət ərzində bazar ərazilərində sağlamlaşdırma tədbirləri həyata keçiriləcək. Qeyd edək ki, heyvan bazarlarında tələb olunan infrastruktur təmin edildikdən və baytarlıq-sanitariya tələblərinə uyğun şərait yaradıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək.

Qida təhlükəsizliyi tələblərinə və sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə bağlı xəbərdarlıq
Qida təhlükəsizliyi tələblərinə və sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə bağlı xəbərdarlıq

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli 199 nömrəli Sərəncamının icrası ilə əlaqədar olaraq, Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan şəxslərə xəbərdarlıq edir. Ölkədə heyvan kəsiminin normativ tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarət tədbirləri görülür. Mütəmadi olaraq Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birgə heyvan kəsimi və ət satışı məntəqələrində reydlər keçirilir. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür, kəsimlə məşğul olan şəxslərə qanunvericiliyin tələbləri izah olunur, heyvan kəsimini mərkəzləşdirilmiş və müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilir. Qeyd edək ki, ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq ekspertizası aparılmadan satışa çıxarılması qadağandır. Ölkədə ət və ət məhsullarının satışı yalnız baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi kimi müşayiətedici sənədlər əsasında həyata keçirilə bilər. Zoonoz xəstəliklərə yoluxma və digər neqativ halların yaranmaması üçün müvafiq sənədləri olmayan ət və ət məhsullarının alınması və istehlakı yolverilməzdir. Belə ki, qida mənşəli zoonoz xəstəliklər, adətən, mikroorqanizmlərlə çirklənmiş heyvan mənşəli qida məhsullarının istehlakı zamanı baş verir. Hazırda bütün dünyada insanlar arasında rast gəlinən yoluxucu xəstəliklərin 60%-dən çoxu məhz zoonoz infeksiyaların payına düşür. Agentlik əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunması üçün bir daha qanunsuz heyvan kəsimi və baytarlıq nəzarətindən keçməyən ətin satışı ilə məşğul olan şəxsləri bu sahədə qanunazidd fəaliyyətdən yayınmağa və müasir standartlara cavab verən heyvan kəsimi məntəqələrinin xidmətlərindən istifadə etməyə çağırır.  Sosial şəbəkədə insanlar arasında narahatlıq yaradan məlumatlara aydınlıq gətirərək Agentlik bəyan edir ki, vətəndaşlar müşayiətedici sənədləri və möhürü olmayan ətləri almasınlar.

Tovuzdakı heyvan bazarında monitorinqlər keçirilib
Tovuzdakı heyvan bazarında monitorinqlər keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkənin müxtəlif bölgələrində heyvan bazarlarında həyata keçirilən monitorinqlər davam etdirilir. Monitorinqlərin əsas məqsədi heyvanlarda yoluxucu xəstəliklərin yayılması risklərinin qiymətləndirilməsi, həmçinin bazar ərazilərində sanitar-gigiyenik və baytarlıq tələblərinə əməl olunmasına nəzarətin gücləndirilməsidir. Agentliyin regional bölmələrinin, həmçinin Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Tovuzun Aşağı Quşçu kəndində yerləşən heyvan bazarında növbəti monitorinq aparılıb. Monitorinqlər zamanı heyvanların sağlamlıq vəziyyəti, baytarlıq sənədlərinin mövcudluğu, eləcə də dezinfeksiya və digər profilaktik tədbirlərin icra vəziyyəti yoxlanılıb, xəstə və ya xəstəlik əlamətləri müşahidə olunan heyvanların bazara gətirilməsinin qarşısı alınıb. Həmin heyvanlarla bağlı müvafiq tədbirlər görülüb. Aşkar edilən nöqsanlarla bağlı bazar sahiblərinə və satıcılara müvafiq tapşırıqlar verilib. Heyvan bazarlarındakı tələblərin yerinə yetirilməsinin vacibliyi bazar sahibinin diqqətinə çatdırılıb.  Qeyd edək ki, Respublikanın baş dövlət baytarlıq müfəttişinin imzaladığı müvafiq qərara əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan bazarlarında 2025-ci il 25 oktyabr tarixindən etibarən sağlamlaşdırma tədbirlərinin görülməsi üçün mərhələli şəkildə müvəqqəti məhdudiyyətlər tətbiq olunacaq. Qərar Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarında qeyd olunan yoluxucu xəstəliklərin region ölkələrində yayılması riskini nəzərə alaraq, epizootik sabitliyin qorunması və infeksiyaların ölkə ərazisinə daxil olmasının qarşısının alınması məqsədilə imzalanıb.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab