Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayan şəxslər saxlanılıblar
Dabaq xəstəliyi əleyhinə saxta dərman hazırlayan şəxslər saxlanılıblar

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə (AQTA) Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi dabaq xəstəliyinə qarşı iri və xırdabuynuzlu heyvanların müalicəsi üçün nəzərdə tutulan dərman preparatlarının saxta nümunələrini hazırlayan şəxslərə qarşı əməliyyat keçirib. Qeyd edilən qanunsuz əməllərə yol verən 26 yaşlı Zərbi Zamanov və qohumu 28 yaşlı Rəvan Zamanov saxlanılıblar. Araşdırmalarla müəyyən olunub ki, bu şəxslər tərəfindən inşaatda istifadə edilən rəngli boyalar dərman görüntüsü yaratmaq üçün texniki spirtlə qarışdırılaraq qablaşdırılıb. Daha sonra hazırlanan məhlul dabaq əleyhinə dərman vasitəsi kimi satışa çıxarılıb. Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən onlara məxsus sexə baxış zamanı kustar üsulla hazırlanan saxta dərman preparatları və digər sübutlar aşkarlanıb. Saxlanılan şəxslərdən götürülən maddi sübutların ekspertizası zamanı onların dabaq xəstəliyinin müalicəsində effektsiz olduğu müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir. Fermerlərə onlara məxsus heyvanların müalicəsi və tibbi profilaktikası zamanı yalnız rəsmi sertifikatı olan dərman vasitələrindən istifadə etmək tövsiyə olunur.

AQTA sədri Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin müavini ilə görüşüb
AQTA sədri Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin müavini ilə görüşüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Belarus Respublikasının kənd təsərrüfatı və ərzaq nazirinin müavini Vitaliy Kulak arasında görüş keçirilib. Görüş zamanı Q.Təhməzli ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. Görüşdə iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən qida məhsullarının dövriyyəsinin artırılması müzakirə olunub, idxal və ixrac üzrə statistik göstəricilər nəzərdən keçirilib.  Daha sonra ölkəmizdə baytarlıq preparatlarının istehsalı üzrə müəssisənin yaradılması sahəsində əməkdaşlığın davam etdirilməsi, Belarus Respublikasının qida obyektləri (quş, quş əti və onun sub məhsulları, eləcə də yumurta emalı və istehsalı müəssisələri) üzrə təsdiq sisteminin ekvivalentliyinin tanınması, ölkəmizdə sınaqdan keçirilmiş Belarus kənd təsərrüfatı bitkilərinin sortlarının Azərbaycanın milli reyestrinə daxil edilməsi imkanları müzakirə edilib. Eyni zamanda respublikamızda baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.

“Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyası davam edir - AMTA
“Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyası davam edir - AMTA

Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” çağırış kampaniyasına dəstək verir Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi yanında Məşvərət Şurası “Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir” kampaniyasını davam etdirir. Kampaniya çərçivəsində təqdim olunan növbəti videoçarxda Şuranın üzvü, Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Bəşir Quliyev meyvə-tərəvəz istehsalında təhlükəsiz və keyfiyyətli məhsul yetişdirməyin əsas meyarlarından danışır. O qeyd edir ki, meyvə və tərəvəzlərin təhlükəsiz və keyfiyyətli olması üçün bitkilər sağlam yetişdirilməli, torpaq düzgün qidalanmalı və vaxtında suvarılmalıdır. İxrac məhsullarında etiketləmə və qablaşdırmanın idxalçı ölkələrin tələblərinə uyğun aparılması məhsulun izlənməsi və təhlükəsizliyinin təmininə xidmət edir. Bəşir Quliyevin sözlərinə görə bu prinsiplərə əməl olunması ölkənin güclü qida təhlükəsizliyi sisteminin göstəricisidir. Bu isə sağlam məhsul, etibarlı bazar, artan ixrac və daha çox iqtisadi gəlir deməkdir. Qida təhlükəsizliyi tək dövlətin deyil, hər kəsin işidir! Gəlin, təhlükəsiz qida ilə sağlam gələcəyə birlikdə addımlayaq!

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab