Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir
AQTİ quru süd nümunəsində səriştəlilik sınaqlarının aparılması üçün müraciətləri açıq elan edir

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkədə fəaliyyət göstərən laboratoriyalar üçün səriştəlilik sınaqlarını davam etdirir. Aprel ayında keçirilməsi planlaşdırılan quru süd nümunəsində yağlılıq, nəmlik, quru maddə və laktozanın təyini sınaqlarında iştirak etmək üçün 30 aprel 2025-ci il son müraciət tarixi müəyyən olunub. Sınaqlarda iştirak etmək istəyən laboratoriyalar “Müraciət forması”nı dolduraraq info.pt@afsa.gov.az elektron poçtuna göndərməlidir. Səriştəlilik sınaqlarının nəticələri sınaqlar yekunlaşdıqdan sonra 1 ay müddətində İnstitutun rəsmi saytında yerləşdiriləcək. Laboratoriyaların nəticələri konfedensiallığı qorumaq məqsədilə individual laboratoriya nömrələri ilə açıqlanacaq. Həmçinin növbəti aylarda keçiriləcək səriştəlilik sınaqlarının proqramı ilə AQTİ-nin rəsmi saytı (afsi.gov.az) vasitəsilə tanış olmaq mümkündür. Saytda “Səriştəlilik sınaqları” adlı bölmədə aylar üzrə  həyata keçirilməsi nəzərdə tutulan səriştəlilik sınaqlarının siyahısı və laboratoriyaların həmin sınaqlarda iştirak etməsi üçün lazım olan sənədlər (“Müraciət forması”, “Nəticələrin qeydiyyat forması (Mikrobioloji sınaqlar)”, “Proqram”) yerləşdirilib. Kolbasa matriksində nitrat, nəmlik, nişastanın təyini sınaqları cari ilin may, ət nümunəsində Salmonella qida infeksiyasının təyini üçün sınaqlar isə iyul ayında keçiriləcək. Buğda matriksində zədələnmiş toxumlar, şüşəvariliyin, cücərmiş dənin, sürməli dənin, oqranoleptik göstəricilərin, yaş qlütenin miqdarının, nəmliyin, natura və zibil qarışığının, sendimentasiya indeksinin, eləcə də düşmə ədədinin təyini üzrə sınaqlar avqust ayında aparılacaq. Su nümunəsində codluq, pH, elektrik keçiricilik parametrləri üzrə sınaqlar sentyabr, şərab matriksində şəkərin, metil spirtinin kütlə qatılığının, titrlənən və uçucu turşuların kütlə qatılığının təyini sınaqları isə 2025-ci ilin noyabrında həyata keçiriləcək. Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən təşkil olunan sınaqların məqsədi xarici keyfiyyətə nəzarət vasitəsi kimi dövlət və özəl laboratoriyalarda analiz nəticələrinin düzgünlüyünün və etibarlılığının təmin edilməsidir. Sınaqlar laboratoriya xidmətlərinin keyfiyyətinin artırılmasına, rutin analizlərin obyektiv qiymətləndirilməsinə və laboratoriya işçilərinin səriştəliliyinin artırılmasına şərait yaradır. Səriştəlilik sınaqlarında iştirakçıların fəaliyyəti laboratoriyalararası müqayisə yolu ilə əvvəlcədən müəyyən edilmiş meyarlara uyğun olaraq qiymətləndirilir. Qiymətləndirmə nəticələrinin beynəlxalq standartlara uyğunluğun təmin etmək üçün sınaqlar "ISO/IEC 17043 Uyğunluğun Qiymətləndirilməsi-Səriştəlilik Sınaqlarına Ümumi Tələblər" standartı əsasında təşkil edilir.

Kərə yağı adı ilə satılan daha bir neçə yağın tərkibində uyğunsuzluq aşkarlandı
Kərə yağı adı ilə satılan daha bir neçə yağın tərkibində uyğunsuzluq aşkarlandı

AQTA-nın həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində “Allbuy” MMC və “Şamaxı Dairy Farm” MMC tərəfindən istehsal olunan kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən,  kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterinləri − “Kampesterin” və “Beta-sitosterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Palmitin, Olein yağ turşuları) aşkarlanıb. Agentlik tərəfindən sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən geri çağırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Həmçinin sahibkarlar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçı tərəfindən qanunvericiliyə zidd şəkildə istehlakçıların aldadılması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib. Uyğunsuzluq aşkarlanan məhsul partiyaları aşağıdakılardır:

AQTA ISO beynəlxalq standartı üzrə iki sertifikata layiq görülüb
AQTA ISO beynəlxalq standartı üzrə iki sertifikata layiq görülüb

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ISO (International Organization for Standardization) beynəlxalq standartlarına dair iki sahə üzrə sertifikatlara layiq görülüb.  Belə ki, cari ilin 5-7 mart tarixlərində AQTA-da beynəlxalq auditor tərəfindən keçirilən müvafiq standartlar əsasında inteqrasiya edilən idarəetmə sisteminin auditinin nəticələrinə əsasən, Agentlikdə idarəetmə sisteminin “Keyfiyyət İdarəetmə Sistemi üzrə” ISO 9001:2015 və “Antikorrupsiya İdarəetmə Sistemləri” ISO 37001:2016 standartlarına uyğunluğu təsdiq edilib və hər iki beynəlxalq standart üzrə sertifikatlar təqdim olunub. Xatırladaq ki, Agentlikdə 2024-cü ilin avqust ayından sözügedən hər iki standartın tətbiqi istiqamətində işlərə başlanılıb. ISO beynəlxalq standartlarının tətbiqi idarəetmə və əhaliyə göstərilən xidmətlərin təkmilləşdirilməsinə, qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığının qorunması, idxal-ixrac əməliyyatları da daxil olmaqla, ümumilikdə əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin olunması istiqamətlərində fəaliyyətinin daha da şəffaf və operativ qurulmasına, vətəndaşların məmnunluğunun artırılmasına öz töhfəsini verəcəkdir.  Qeyd edək ki, ISO beynəlxalq standartları hazırda dünyada bir sıra mütərəqqi təşkilatlar və qurumlar tərəfindən tətbiq olunmaqdadır. AQTA fəaliyyətinin daha da təkmilləşdirməsi, eyni zamanda beynəlxalq standartların tətbiq edilməsi istiqamətindəki işlərini gələcəkdə də davam etdirəcəkdir.

AQTA-da ictimai iaşə müəssisələrinin rəhbərləri ilə görüş keçirilib
AQTA-da ictimai iaşə müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) ictimai iaşə müəssisələrinin rəhbərləri ilə növbəti görüş olub. Tədbir Agentlik tərəfindən ictimai iaşə müəssisələrində həyata keçirilən yoxlamalar və bu yoxlamalar zamanı aşkar edilən nöqsanları nəzərdən keçirmək, sahibkarları mövcud qanunvericilik tələbləri barədə bir daha məlumatlandırmaq, onlar tərəfindən göstərilən xidmətlərin qida sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun təşkilinə metodiki kömək göstərmək, həmçinin təkliflərini dinləmək və müvafiq işlərin həyata keçirilməsini təmin etmək məqsədilə keçirilib. Görüşdə sahibkarlar “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası  Qanununda, eləcə də qüvvədə olan digər qanunvericilik aktlarında iaşə müəssisələrinə dair tələblər barədə məlumatlandırılıb. Tədbir zamanı ictimai iaşə müəssisəsində sanitar-gigiyenik tələblər, sanitar-texniki normalar və işçi heyət üçün gigiyena qaydaları və s. bir daha müəssisə rəhbərlərinin diqqətinə çatdırılıb. Agentlik tərəfindən bu istiqamətdə fəaliyyət göstərən subyektlər üçün bütün lazımi metodiki dəstəyin göstərildiyi vurğulanıb. Görüşün sonunda sahibkarların fikir və təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, aidiyyəti üzrə müvafiq göstərişlər verilib.

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

Multimedia

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?