Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
15 bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb
15 bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, həmçinin istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində ardıcıl tədbirlərini davam etdirir. Agentlik tərəfindən bioloji aktiv qida məhsulları ilə bağlı həyata keçirilən nəzarət tədbirləri çərçivəsində ümumilikdə 11 şirkətə məxsus 15 məhsulda uyğunsuzluq aşkarlanıb. Belə ki, həmin məhsulların bitki tərkibli olduğu bəyan edilsə də, aparılan müayinələr nəticəsində nümunələrdə bioloji aktiv qida məhsullarının tərkibində olmasına yol verilməyən təsiredici maddələr aşkarlanıb. Bu isə həmin məhsulların tərkib və etiket məlumatları ilə bağlı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması ilə yanaşı, bioloji aktiv qida məhsulu adı ilə istehlakçılara qida məhsullarının tərkibində istifadəsinə yol verilməyən məhsulu təklif etməklə onların sağlamlığı üçün ciddi problemlərin meydana çıxmasına səbəb ola bilər. Faktla bağlı bu müəssisələrə məxsus anbarlarda aşkarlanmış ümumilikdə 7362 ədəd məhsulun satışı qadağan edilib və bugünədək 2550 ədəd məhsulun aptek şəbəkələrindən geri çağırılması təmin olunub. Hazırda bu proses davam etdirilir. Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. Araşdırmalar davam etdirilir.

Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür
Dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər görülür

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Overn-Rona-Alplar regionunda blutanq, Əlcəzair Xalq Demokratik Respublikasının Tizi-Uzu əyalətində dabaq, Qərdaya, Blida, Batna, Tizi-Uzu, Cicəl, Bumerdes, Büyura, Becaya, Mədiya, Mila əyalətlərində isə nodulyar dermatit xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Overn-Rona-Alplar regionunda xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına, Tizi-Uzu əyalətində xəstəlik baş vermiş təsərrüfatdan 10 km radiusda olan məsafədən çütdırnaqlı heyvanların (iri və xırdabuynuzlu heyvanlar, donuz, dəvə və s.), habelə onlara aid xammal və məhsulların idxalına və tranzit daşınmasına, Qərdaya, Blida, Batna, Tizi-Uzu, Cicəl, Bumerdes, Büyura, Becaya, Mədiya, Mila əyalətlərində xəstəlik baş vermiş təsərrüfatın 50 km radiusda olan məsafədən bütün növ diri iribuynuzlu heyvanların və onlara aid genetik materialların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

AQTA nümayəndə heyəti Rusiyaya səfər edib
AQTA nümayəndə heyəti Rusiyaya səfər edib

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndə heyəti Rusiya Federasiyasında səfərdədir.  Səfər çərçivəsində AQTA-nın nümayəndə heyəti “Qida məhsullarının təhlükəsizliyi və keyfiyyət risklərinin qiymətləndirilməsi” mövzusunda Moskva şəhərində təşkil olunan Rusiya-Azərbaycan birgə dəyirmi masasında iştirak edib. Tədbir “Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsində Nəzarət üzrə Federal Xidməti arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında” Sazişə uyğun olaraq təşkil edilib. Dəyirmi masada qida məhsullarına dövlət sanitar-epidemioloji nəzarətin təmin olunması, risklərin idarə edilməsi və risk kommunikasiyası, qida məhsullarının pestisidlərlə çirklənməsinin qarşısının alınması, markalanmalı olan malların eyniləşdirmə vasitəsilə dövriyyəsinə nəzarət, qablaşdırılmış içməli və təbii mineral suların tənzimlənməsi və digər məsələlərlə bağlı çıxışlar olub, müzakirələr aparılıb.  Görüşdən sonra nümayəndə heyəti F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzində olub. İmzalanması nəzərdə tutulan “F.F.Erisman adına Federal Elmi Gigiyena Mərkəzi ilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu” ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin Mərkəzdə laboratoriya və vivariuma baxış keçirilib.

İctimai iaşə müəssisələrinin əməkdaşları üçün növbəti təlim keçirilib
İctimai iaşə müəssisələrinin əməkdaşları üçün növbəti təlim keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirir. AQTİ-nin Təlim Mərkəzi tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təlim təşkil edilib. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilən təlim iştirakçılara müəssisələrin fəaliyyətinin qanunvericiliyin və sanitariya-gigiyena qaydalarının tələbləri çərçivəsində təşkil edilməsi üçün zəruri məlumatlar vermək məqsədilə keçirilib. Təlimdə sahibkarlıq subyektlərinin əməkdaşları “Qida təhlükəsizliyi haqqında” Qanun və bu Qanundan irəli gələn tələblər haqqında ətraflı məlumatlandırılıb. İştirakçılara müəssisələrdə qida məhsullarının qəbulu, emalı, saxlanması, daşınması zamanı gigiyena qaydalarının tətbiqi, eləcə də təhlükəli amillər, çirklənmə növləri və digər məsələlər barədə məlumat verilib. İnteraktiv formada təşkil edilən təlimin sonunda müzakirələr aparılıb və iştirakçıların mövzu ilə bağlı bilik səviyyəsi qiymətləndirilib. Qeyd edək ki, AQTİ tərəfindən “Qida sahəsində gigiyena tələbləri” və digər mövzularda keçirilən təlimlərdə iştirak etmək istəyən sahibkarlıq subyektləri “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Multimedia

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV