Ölkə üzrə idman qidalarının satışı həyata keçirilən 127 müəssisədə (idman zalları, idman məhsulları mağazaları, apteklər və s.) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən monitorinqlər keçirilib. Monitorinq zamanı 24 müəssisədə uyğunsuzluq müəyyən edilib. 150 adda 1004 ədəd məhsulun etiket məlumatlarının qanunvericiliyə uyğunlaşdırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. 46 obyektin isə qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Monitorinq zamanı idxal sağlamlıq aktı olmayan 70 adda 129 ədəd idman qida məhsulu (Türkiyə, ABŞ, Almaniya, Polşa, Rusiya, Macarıstan, Finlandiya, Belçika və Çexiya mənşəli) aşkarlanıb. İnsan həyat və sağlamlığı üçün risk daşıyan həmin məhsullar ölkəyə qanunsuz olaraq gətirilib və qida təhlükəsizliyi nəzarətindən keçirilməyib. Araşdırmalar göstərir ki, bəzi işbazlar şəxsi istehlak adı ilə idman qidalarını və bioloji aktiv qida məhsullarını ölkəyə gətirərək onların qeyri-qanuni olaraq satışını həyata keçirir. Bildiririk ki, satış məqsədilə gətirilən məhsullar təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə laborator analizlərə cəlb edilərək mütləq dövlət qeydiyyatına alınmalıdır. Uyğunsuzluqlarla əlaqədar inzibati tənbeh tədbiri görülüb. Nöqsan aşkarlanan məhsulların satışı dayandırılıb. Nümunələr götürülərək müayinələrə cəlb edilib. Monitorinqlər davam etdirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) proseslərin rəqəmsallaşdırılması istiqamətində işlər planlı və məqsədyönlü şəkildə davam etdirilir. Bu çərçivədə Agentliyin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemində (AQTİS) mühüm modullardan biri olan “Qeydiyyat və təsdiq” modulu uğurla tətbiq olunur. Sözügedən altsistem “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq qida obyektlərinin və qida subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı sahəsində fəaliyyət göstərən obyektlərin qeydiyyatını və ya təsdiqini təmin edir. Rəqəmsallaşdırma prosesinin tətbiqi nəticəsində qida sahəsində fəaliyyət göstərən subyekt və obyektlərin qeydiyyatı ilə bağlı bütün mərhələlər elektron platformaya inteqrasiya olunub. Belə ki, sahibkarların müraciətlərinin qəbulu, daxili icraat mərhələləri və yekun sənədlərin təqdim edilməsi tam rəqəmsal formada həyata keçirilir. Eyni zamanda, sistemdə ödəniş mexanizmləri də elektronlaşdırılıb və istifadəçilər üçün şəxsi kabinet vasitəsilə onlayn ödəniş imkanları yaradılıb. Modul vasitəsilə ölkədə fəaliyyət göstərən qida obyektlərinin, obyekti olmadan fəaliyyət göstərən qida subyektlərinin, eləcə də qida məhsullarının idxalını həyata keçirən obyektlərin qeydiyyatı təmin olunur. Qeydiyyata alınmış subyektlər və onlara aid obyektlər, həmçinin qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalı ilə məşğul olan obyektlər barədə reyestr məlumatları açıq formada Agentliyin rəsmi internet səhifəsi (afsa.gov.az) vasitəsilə ictimaiyyətə təqdim edilir. Bu da həm sahibkarların, həm də vətəndaşların məlumatlılıq səviyyəsinin artırılmasına xidmət edir. Eyni zamanda, sistemdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidməti, eyni zamanda Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya sistemləri ilə inteqrasiya təmin edilib, bu proseslər Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən real vaxt rejimində həyata keçirilir. Bununla yanaşı qurumdaxili digər altsistemlərlə də inteqrasiyalar qurulub, məlumatların doğruluğunun avtomatik yoxlanılması mexanizmləri tətbiq olunub. Ümumilikdə AQTA tərəfindən həyata keçirilən rəqəmsallaşdırma tədbirləri xidmətlərin keyfiyyətinin artırılmasına, idarəetmədə şəffaflığın və operativliyin təmin edilməsinə, eləcə də sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına yönəlib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Salyan şəhəri, Bakı-Astara yolu 130-cu kilometr ünvanında yerləşən, fiziki şəxs Ələkbərova Bahar Ağasəf qızına məxsus “Aystore” marketdə yoxlama keçirib. İctimai iaşə obyektinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub, eləcə də temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, havalandırma sisteminin quraşdırılmadığı və digər nöqsanlar müəyyən edilib. İstifadə müddəti bitmiş istehlaka yararsız qida məhsulları və etiket məlumatlarında uyğunsuzluqlar olan saxta alkoqollu içkilər aşkarlanıb. Yoxlama zamanı həmçinin satışa çıxarılan qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər təqdim edilməyib. Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. İstehlaka yararsız məhsulların satışının qadağan olunması və dayandırılması barədə məhdudlaşdırıcı qərar qəbul edilib. Məhsullardan nümunələr götürülüb, araşdırmalar davam etdirilir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə erkən yaşda heyvan kəsiminin qarşısının alınması istiqamətində “Erkən kəsimə son!” maarifləndirmə kampaniyasını davam etdirir. AQTİ-nin eksperti, ”Qarabağ” futbol klubunun diyetoloqu İlqar Şamilov da kampaniyaya qoşularaq vətəndaşlara çağırış edib. İlqar Şamilov müraciətində bildirib ki, qida keyfiyyəti yalnız kaloridən ibarət deyil, həm də məhsulun bioloji dəyəri və yetişmə səviyyəsi ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, xüsusilə 6 aydan kiçik quzuların kəsilməsi nəticəsində əldə olunan ət tam formalaşmamış əzələ və piy strukturu səbəbindən həm qida dəyəri, həm də texnoloji keyfiyyət baxımından zəif olur. Ekspert əlavə edib ki, erkən kəsim yalnız qida keyfiyyətinə deyil, həm də gələcəkdə davamlı və keyfiyyətli qida təminatına mənfi təsir göstərir. Bu isə ölkədə heyvandarlığın inkişafı və qida təhlükəsizliyi baxımından arzuolunmaz nəticələrə səbəb ola bilər. Ətraflı videolink:
Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz regional bölməsinin əməkdaşları şimal bölgəsində maarifləndirmə görüşləri keçirib. Xaçmaz rayonunun Nərəcan, Pirquluoba, Çarxı və Sayad kəndlərində, həmçinin Quba rayonunun Zərdabi qəsəbəsi və Alekseyevka kəndində təşkil olunan görüşlərdə sakinlərə zərərvericinin yayılma yolları, kənd təsərrüfatına vurduğu ziyan və onunla mübarizə üsulları barədə məlumat verilib. Onları maraqlandıran suallar cavablandırırlıb, məlumat kitabçaları paylanılıb.
Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Gəncə şəhərində yerləşən “Kəpəz-Bazar” ASC-yə məxsus ərzaq məhsullarının satışı bazarında plandankənar yoxlama keçirib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulduğu məlum olub. Bazar ərazisində süd və süd məhsullarının, ət və ət məhsullarının açıq hava şəraitində antisanitar vəziyyətdə satıldığı və baytarlıq müşayiətedici sənədlərinin olmadığı, meyvə-tərəvəz və bitkiçilik məhsullarının satışının sanitar-gigiyenik normalara cavab verməyən yerlərdə həyata keçirildiyi, avadanlıqların, qida ilə təmasda olan piştaxtaların və rəflərin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı, çalışan şəxslərin gigiyena qaydalarına ciddi əməl etmədiyi aşkarlanıb. Bazarın daxilində yerləşən ticarət yerlərində də sanitar-texniki və sanitar-gigiyenik tələblərin pozulduğu müəyyən edilib. Faktla bağlı müəssisənin hüquqi nümayəndəsi barədə inzibati pr
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Biləsuvar şəhəri, H.Aslanov küçəsi ev 11 ünvanında fəaliyyət göstərən, fiziki şəxs İskəndərov Müşviq Hüseyn oğluna məxsus kafedə yoxlama keçirib. İctimai iaşə obyektində divar, döşəmə və tavan hissələrinin asan yuyulabilən materialla üzlənmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb. Nöqsanlarla əlaqədar fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, müəssisədə işlərin görülməsi və xidmətlərin göstərilməsi məhdudlaşdırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) peşəkar təlimçisi tərəfindən “Qida sahəsində gigiyena tələbləri” mövzusunda növbəti təlim təşkil olunub. Təlim zamanı qida ilə təmasda olan mütəxəssislərə qüvvədə olan qanunvericiliyin tələbləri ətraflı izah edilib, bu qaydalara gündəlik fəaliyyət zamanı riayət etməyin vacibliyi xüsusi vurğulanıb. Təlimçi tərəfindən qida zəncirinin bütün mərhələlərində yarana biləcək risklər və onların qarşısının alınması üsulları iştirakçıların diqqətinə çatdırılıb. Xüsusilə şəxsi gigiyena qaydalarına əməl olunmasının qida təhlükəsizliyində həlledici rol oynadığı qeyd edilib. Bildirilib ki, qida sahəsində çalışan hər bir əməkdaş təmiz və səliqəli iş geyimindən istifadə etməli, əllərini mütəmadi və düzgün qaydada yumalı, həmçinin əlcək, baş örtüyü kimi qoruyucu vasitələrdən istifadə etməlidir. Bununla yanaşı, iştirakçılarla interaktiv müzakirələr aparılıb və onları maraqlandıran suallar ətraflı cavablandırılıb. Təlimin əsas məqsədi qida təhlükəsizliyi sahəsində bilik və bacarıqların artırılması, istehlakçıların sağlamlığının qorunmasına töhfə vermək olub
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, Kişiyev Sübhi Firudin oğluna məxsus ət satışı mağazasında yoxlama keçirib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Ət məhsullarının satışının obyektdən kənarda, yol qırağında həyata keçirildiyi məlum olub, eyni zamanda mağazada sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb. Faktla bağlı inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
İdman qidaları və bioloji aktiv qida məhsulları balanslı qidalanmanı əvəz etmir. Bu məhsullar yalnız düzgün və balanslaşdırılmış qidalanma rejimi qurulduqdan sonra əlavə dəstək kimi istifadə oluna bilər. Bu barədə həkim-nutrisioloq Emil Hidayətli bildirib. Onun sözlərinə görə, bu cür əlavələrin qəbulundan əvvəl mütləq həkim və ya sahə üzrə ixtisaslaşmış mütəxəssislə məsləhətləşmək vacibdir. Orqanizmin sağlamlıq vəziyyəti, xüsusilə böyrək və qaraciyərin funksional durumu nəzərə alınmadan qəbul edilən əlavələr sağlamlıq üçün risk yarada bilər. Emil Hidayətli qeyd edib ki, bioloji aktiv qida məhsulları və idman qidalarının normadan artıq və ya nəzarətsiz istifadəsi ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən, onların dozası və istifadəsi fərdi xüsusiyyətlərə uyğun şəkildə müəyyən edilməlidir. “Bu məhsullar yalnız ixtisaslaşmış satış məntəqələrindən və mütəxəssis tövsiyəsi təqdim edə bilən etibarlı müəssisələrdən əldə olunmalıdır. Kortəbii şəkildə, qeyri-rəsmi mənbələrdən və ya başqalarının təcrübəsinə əsaslanaraq bu cür əlavələrin istifadəsi düzgün hesab edilmir”-deyə həkim-nutrisioloq bildirib. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş