Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları aşkarlanıb-VİDEO
Yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları aşkarlanıb-VİDEO

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Bakı Regional Bölməsinin və DİN-in Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Malakanka” MMC-yə məxsus konservləşdirmə və ət məhsullarının emalı müəssisəsində yoxlama keçirilib. Yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan ət və digər xammallar aşkarlanıb, həmçinin emal sahəsində işlənmiş fritür yağları müəyyən olunub. Emal prosesi Bakı şəhərində həyata keçirilsə də, bəzi turşu və kolbasa məhsullarının etiketlərində istehsal ünvanı kimi İsmayıllı rayonu, İvanovka kəndinin göstərildiyi müəyyən edilib. Bununla yanaşı, müəssisədə yararlılıq müddəti bitmiş kolbasa və süd məhsulları, tərkibi, istehsal tarixi, yararlılıq müddəti və mənşəyi barədə müvafiq etiket məlumatları olmayan müxtəlif çeşidli turşu məhsulları aşkarlanıb.  Eyni zamanda, müəssisənin yanındakı yarımtikilidə “Malakanka” əmtəə nişanlı süd məhsullarının təkrar istifadə üçün nəzərdə tutulmuş qablarda qanunsuz şəkildə qablaşdırıldığı məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı sahibkar barəsində protokol tərtib olunub, məhsullardan laborator  nümunələr götürülərək onların dövriyyəsi qadağan edilib. Yararlılıq müddəti bitmiş məhsulların məhv edilməsi və nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.  Link:

AQTA-da heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə bağlı sahibkarlarla görüş keçirilib
AQTA-da heyvan kəsimi məntəqələrinin fəaliyyəti ilə bağlı sahibkarlarla görüş keçirilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi məntəqələrinin fəaliyyəti, baytarlıq nəzarətinin gücləndirilməsi və ət məhsullarının təhlükəsizliyinin təmin olunması ilə bağlı sahibkarlar və baytar həkimlərin iştirakı ilə görüş keçirilib. Görüşdə kəsim prosesinin qanunvericiliyin tələblərinə uyğun təşkili, heyvanların identifikasiyası, kəsim əməliyyatlarının AQTİS-də qeydiyyatı və ətin dövriyyəsində izlənəbilənliyin təmin edilməsi məsələləri müzakirə olunub. Kəsim məntəqələrində aparılmış qiymətləndirmələrin nəticələri də müzakirə edilib. Bəzi məntəqələrdə baytarlıq-sanitariya və digər tələblərlə bağlı nöqsanların aşkarlandığı bildirilib, sahibkarlara çatışmazlıqların müəyyən edilmiş müddətdə aradan qaldırılması tövsiyə edilib. Bildirilib ki, qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, kəsim məntəqələrinin sahibləri baytar həkimləri özləri seçə, həmçinin AQTİ tərəfindən cəlb edilən mütəxəssislərlə yanaşı, əlavə baytar həkimlər də iştirak edə bilər. Bu dəyişiklik kəsim prosesində baytarlıq nəzarətinin operativliyinin və səmərəliliyinin artırılmasına xidmət edir. Diqqətə çatdırılıb ki, heyvanların identifikasiyası onların mənşəyinin və hərəkətinin izlənilməsi, xəstəlik risklərinin vaxtında müəyyən edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Kəsimdən sonra müvafiq məlumatlar AQTİS-də qeydiyyata alınmalıdır. Eyni zamanda, kəsim məntəqələrindən restoranlara, şadlıq evlərinə və digər ictimai iaşə obyektlərinə göndərilən ət məhsullarının müşayiətedici sənədlərlə təmin olunması diqqətdə saxlanılmalıdır. Bununla yanaşı, qanunsuz heyvan kəsimi hallarına qarşı nəzarət tədbirlərinin gücləndiriləcəyi vurğulanıb. Qanunvericiliyin tələblərini pozan, aşkar edilmiş nöqsanları aradan qaldırmayan sahibkarlar barəsində müvafiq inzibati tədbirlər görüləcəyi bildirilib. Qeyd olunub ki, heyvan kəsimi məntəqələrində tələblərə əməl olunması, baytarlıq nəzarətinin düzgün təşkili və ətin mənşəyinin izlənilməsi istehlakçı sağlamlığının və qida təhlükəsizliyinin qorunmasının əsas şərtlərindəndir.

“Şirvan Aqro” MMC-yə “Halal” uyğunluq sertifikatı təqdim edilib
“Şirvan Aqro” MMC-yə “Halal” uyğunluq sertifikatı təqdim edilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən “Şirvan Aqro” MMC-yə “Halal” uyğunluq sertifikatı verilib. Şamaxı rayonunda fəaliyyət göstərən və iribuynuzlu heyvanların kəsimi üzrə ixtisaslaşan müəssisənin sertifikatlaşdırılması AQTİ-nin “Halal Sertifikatlaşdırma Orqanı” tərəfindən həyata keçirilib. Sertifikatlaşdırma prosesi çərçivəsində müəssisənin fəaliyyəti, heyvanların kəsimə qəbulu və kəsim prosesləri, halal tələblərinə riayət olunması, istehsalatda tətbiq edilən sanitar-gigiyenik tədbirlər, qida təhlükəsizliyinin idarə olunması, izlənilmə imkanları və müvafiq sənədləşmə sistemi qiymətləndirilib. Aparılmış qiymətləndirmələrin nəticələrinə və Sertifikatlaşdırma Komitəsinin müsbət rəyinə əsasən, müəssisənin C1 – iribuynuzlu heyvan kəsimi fəaliyyəti üzrə AZS OIC/SMIIC 1:2022 “Halal qida üçün ümumi tələblər” standartının tələblərinə uyğunluğu təsdiqlənib.  Təqdimetmə mərasimində halal sertifikatlaşdırmanın qida sektorunda şəffaflığın artırılması, istehlakçı etimadının gücləndirilməsi, müəssisələrdə beynəlxalq standartların tətbiqinin təşviqi və istehsal proseslərinin halal tələblərinə uyğun təşkil olunması baxımından əhəmiyyəti qeyd edilib. Qeyd edək ki, AQTİ 2024-cü ildən etibarən OIC/SMIIC standartları üzrə “Halal” uyğunluq sertifikatlaşdırılması xidmətlərini həyata keçirir. İnstitutun “Halal Sertifikatlaşdırma Orqanı” Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK), eləcə də Azərbaycan Akkreditasiya Mərkəzi (AZAK) tərəfindən müvafiq fəaliyyət sahələri üzrə akkreditasiya olunub.

Təhlükəsiz qida zəncirində bilik və inkişafın RİTM-i
Təhlükəsiz qida zəncirində bilik və inkişafın RİTM-i

Qida təhlükəsizliyi sahəsində bilik və bacarıqların inkişafı istiqamətində mühüm addım atılıb – RİTM (Rəqəmsal və İnnovativ Təlim Mərkəzi) rəqəmsal təlim platforması hazırlanıb.  Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən yaradılan RİTM qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı sahələrini əhatə edən müasir və vahid təlim mühiti kimi formalaşdırılıb. Platforma qida zəncirinin bütün mərhələləri üzrə peşə səriştələrinin sistemli şəkildə mənimsənilməsinə xidmət edir.  RİTM-in əsas məqsədi bu sahədə fəaliyyət göstərənlərin məlumatlara çıxışını asanlaşdırmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək, inkluzivlik və təhlükəsiz qida zəncirinin gücləndirilməsinə töhfə verməkdir.  Əsas istiqamətlərdən biri sahibkarlıq subyektləri üçün qanunvericiliyin tələblərinə uyğun gigiyenik təlimlərin əlçatanlığını təmin etməkdir. Belə ki, qida sahəsində fəaliyyət göstərən bütün sahibkarlıq subyektləri, fəaliyyət göstərdikləri ərazidən və ölçüsündən asılı olmayaraq, qanunvericiliklə nəzərdə tutulan zəruri gigiyenik təlimlərdən bu platforma vasitəsilə yararlana biləcəklər. Rəqəmsal təlim yanaşmaları vasitəsilə öyrənmə daha çevik və effektiv olacaq, istifadəçilər isə istənilən məkandan inkluziv şəkildə biliklərini artırmaq imkanı əldə edəcəklər. RİTM – təhlükəsiz qida zəncirinin inkişafına xidmət edən innovativ və etibarlı rəqəmsal təlim platformasıdır. Faydalanmağa tələsin.   Ətraflı məlumat üçün:  ritm.afsi.gov.az

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb

Multimedia

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır