Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Goranboy rayonu, Düzqışlaq kəndində fəaliyyət göstərən, Verdiyev Azər Nəriman oğluna məxsus “Eşqin” şadlıq sarayında yoxlama keçirib. Baxış zamanı texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə Gürcüstan Milli Qida Agentliyinin rəhbəri Georgi İakobaşvili arasında görüş keçirilib. Görüşdə Azərbaycanla Gürcüstan arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri, Səbail rayonu, T.Əliyarbəyov küçəsi, ev 9, zirzəmi ünvanında fəaliyyət “Saeed And Co” MMC-yə məxsus “Dehli” ictimai iaşə müəssisəsində plandankənar yoxlama keçirilib.
Bakı Ekspo Mərkəzində “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu, “InterFood Azerbaijan” – 31-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi davam edir. Sərginin növbəti günündə Azərbaycan bazarına çıxış imkanları ilə maraqlanan xarici tərəfdaşlar üçün məlumatlandırıcı sessiya təşkil olunub. Görüşdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və özəl sektorun nümayəndələri iştirak ediblər.
Xəbər verildiyi kimi, Qida Təhlükəsizliyi Agentliyinin həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət, ictimai iaşə, o cümlədən şadlıq evlərində “təbii kürü” adı ilə süni kürü məhsullarının istehlakçılara təqdim olunduğu aşkarlanıb. Həmçinin məhsulların etiketlənmədiyi, müşayiətedici sənədlərinin olmadığı və yararlılıq müddətinin bitdiyi müəyyən edilib.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Elşən Ələsgər oğluna məxsus "3 manatlıq kabab" kafesində plandankənar keçirilib.
Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 61 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağcayev Rasim Abdulla oğluna məxsus dondurulmuş yarımfabrikatların emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlama keçirilib.
Vətəndaş müraciəti əsasında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində fəaliyyət göstərən, Məmmədov Yusif Mərdan oğluna məxsus baytarlıq aptekində yoxlama keçirib.
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən saxta kürü məhsullarının dövriyyəsi ilə bağlı monitorinq keçirilib. Yoxlamalar çərçivəsində 10 ərzaq bazarı, 8 ticarət obyekti, 14 idxalçı anbarı və 61 ictimai iaşə müəssisəsinə baxış keçirilib.
Aprelin 24-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “1003 – Çağrı Mərkəzi”nə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 121 nömrəli orta məktəbdə qida zəhərlənməsi ilə bağlı məlumat daxil olub. Müraciət əsasında Agentliyin əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş