Şamaxı və Göyçay rayonlarında yerləşən heyvan satışı bazarları biotəhlükəsizlik tələblərinə uyğunlaşdırılıb. AQTA tərəfindən aparılan qiymətləndirmənin nəticələrinə əsasən hər iki bazarın fəaliyyətə başlaması ilə bağlı qərar verilib. Bazarlarda sanitar-gigiyenik və baytarlıq tələblərinə uyğun şərait yaradılıb. Qeyd edək ki, daha əvvəl Bərdə, Salyan və Göygöl heyvan satışı bazarlarının fəaliyyətinə icazə verilmişdi. Agentlik bildirir ki, bütün görülən işlər insan və heyvan sağlamlığının qorunmasına, əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsinə xidmət edir.
Cəlilabad şəhəri, Qurtuluş prospekti 96 ünvanında yerləşən, fiziki şəxs Qəhrəmanov Rasif Təyyar oğluna məxsus çayxanada Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinə əməl olunmadığı aşkarlanıb. Obyekt sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərir, qida məhsulları ilə təmasda olan səthlər yuyulabilən və korroziyaya davamlı materialla üzlənməyib, havalandırma sistemi quraşdırılmayıb və digər tələblər pozulub. Çayxananın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, sahibkar barəsində inzibati protokol tərtib edilib.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Güloğlular kəndində fəaliyyət göstərən, Əliyev İmaməddin Məhərrəm oğluna məxsus bitki mühafizə vasitələri və aqrokimyəvi maddələrin satışı mağazasında yoxlama keçirib. Baxış zamanı mağazada yararlılıq müddəti bitmiş bitki mühafizə vasitələrinin satışa çıxarıldığı və preparatların qeydiyyatının aparılmadığı müəyyən edilib. Bundan əlavə, sanitar-gigiyenik və sanitar-texniki qaydaların pozulduğu aşkarlanıb. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, icrası məcburi göstərişlər verilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəsmi internet səhifəsində (https://afsa.gov.az) Qida Təhlükəsizliyi Reyestri adlı yeni bölmə istifadəyə verilib. Bu bölmə vətəndaşların qida təhlükəsizliyi ilə bağlı məlumatları daha operativ və əlçatan şəkildə əldə etməsi üçün hazırlanıb. Reyestr Agentlik tərəfindən aparılan risk əsaslı yoxlamalar zamanı uyğunsuzluq aşkarlanan məhsullar, qida obyektləri və qida subyektləri haqqında məlumatları bir araya toplayır. Bölmənin yaradılmasında əsas məqsəd əhalini vaxtında təhlükəli məhsullar barədə məlumatlandırmaq, uyğunsuzluq aşkarlanan qida obyektləri barədə xəbərdar etmək, həmçinin istehsalçılar və idxalçılar arasında təhlükəsizlik normalarına əməl edilməsini təşviq edərək bu sahədə nəzarəti və şəffaflığı gücləndirməkdir. Reyestrdə həmçinin qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalını və emalını həyata keçirən obyektlər, xarici qida obyektləri, pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr, eləcə də təhlükəli məhsullar üzrə siyahılar da təqdim olunur. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının qərarına əsasən, ölkə ərazisində fəaliyyət göstərən heyvan satışı bazarlarının baytarlıq-sanitariya tələblərinə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər davam edir. Göyçay rayonunda yerləşən heyvan bazarında da biotəhlükəsizlik və müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işləri aparılıb. Belə ki, bazar ərazisində asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün rampalar və çardaqlar quraşdırılıb, kanalizasiya sistemləri yenilənib, baytar həkimin daimi nəzarətini həyata keçirməsi üçün xüsusi məntəqə inşa edilib. Eyni zamanda, baytarlıq baxışı zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar yaradılıb. Bazarın giriş və çıxış hissələrində dezbaryerlər quraşdırılıb, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri müasir tələblərə uyğun şəkildə yenidən qurulub. Bununla yanaşı, qida təhlükəsizliyi və sanitariya normalarının təmin edilməsi məqsədilə bazar ərazisində fəaliyyət göstərən iaşə obyektləri ərazidən kənara çıxarılıb. Yaxın günlərdə Göyçay heyvan satışı bazarının açılması məsələsinə baxılacaq. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
İmişli rayonu, Ə.Həmidov küçəsində fəaliyyət göstərən, Şirinov Fuad Həmid oğluna məxsus çörək emalı müəssisəsində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı nöqsanlar aşkarlanıb. Müəssisədə temperaturun monitorinqi və qeydiyyatı aparılmır, havalandırma sistemi qurulmayıb, xammal anbarında unlar divardan ara məsafə gözlənilmədən saxlanılır. Eləcə də emal prosesində istifadə edilən avadanlıqlar təmiz saxlanılmır, divarlar qaralıb, döşəmə çirkli vəziyyətdədir, işçilər xüsusi geyimlə təmin edilməyib, müvafiq təmizlik işləri görülmür və digər tələblər pozulub. Faktla bağlı müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Sumqayıt şəhəri, Sahil küçəsində fəaliyyət göstərən bir sıra ictimai iaşə obyektlərində növbəti reydlər aparıb. Yoxlama zamanı “Dostluq” restoranında ətlərin mənşəyini və təhlükəsizliyini təsdiq edən sənədlərin mövcud olmadığı aşkarlanıb. “Santo Mare”, “Duyğu”, “Şərur”, “Regnum” və “Oregano” restoranlarının menyularından “dəvə qutabı”nın çıxarıldığı və artıq bu xidmətin göstərilmədiyi müəyyən edilib. “Antalya” restoranında isə hazırda dəvə ətinin olmadığı, əvvəlki dövrlərdə qəbul edilmiş dəvə ətinə dair müvafiq baytarlıq-müşayiətedici sənədlərin mövcud olduğu məlum olub. Nöqsanlarla bağlı icrası məcburi göstərişlər verilib, akt tərtib edilib. Mənşəyi şübhə doğuran məhsullardan nümunələr götürülüb. Agentlik tərəfindən aparılan təhlillər və statistik rəqəmlər dəvə kəsimi həcminin “dəvə qutabı” adı ilə təqdim olunan məhsulların satış dövriyyəsi ilə uyğunsuzluq təşkil etdiyini göstərir. Qida təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda istehlakçıların aldadılmasının qarşısının alınması məqsədilə nəzarət tədbirləri davam etdiriləcək.
Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının müvafiq qərarına uyğun olaraq ölkə ərazisində heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir. Bu çərçivədə Şamaxı rayonunda yerləşən heyvan bazarında da müasir tələblərə uyğunlaşdırma işləri həyata keçirilib. Bazar ərazisində asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Eyni zamanda, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazarın giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Bundan əlavə, qida təhlükəsizliyi və sanitar tələblərin təmin edilməsi məqsədilə iaşə obyektləri bazar ərazisindən kənara çıxarılıb. Yaxın günlərdə biotəhlükəsizlik tələblərinə uyğun qurulan Şamaxı heyvan satışı bazarının açılması məsələsinə baxılması nəzərdə tutulur. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz: Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının müvafiq qərarına uyğun olaraq ölkə ərazisində heyvan bazarlarının baytarlıq-sanitariya vəziyyətinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən tədbirlər davam etdirilir. Bu çərçivədə Şamaxı rayonunda yerləşən heyvan bazarında da müasir tələblərə uyğunlaşdırma işləri həyata keçirilib. Bazar ərazisində asfalt-beton örtüyü salınıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb və baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Eyni zamanda, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazarın giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Bundan əlavə, qida təhlükəsizliyi və sanitar tələblərin təmin edilməsi məqsədilə iaşə obyektləri bazar ərazisindən kənara çıxarılıb. Yaxın günlərdə biotəhlükəsizlik tələblərinə uyğun qurulan Şamaxı heyvan satışı bazarının açılması məsələsinə baxılması nəzərdə tutulur. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:
Cəlilabad şəhəri, Nizami küçəsində fəaliyyət göstərən, fiziki şəxs Şahmarov Üzeir Sərdar oğluna məxsus “Hoqqa” çay evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Obyektdə saxta və istifadə müddəti bitmiş içkilər müəyyən edilərək satışdan kənarlaşdırılıb. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkar barəsində inzibati protokol tərtib olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət və qiymətləndirmə tədbirləri nəticəsində Salyan rayonunun Şorsulu kəndində fəaliyyət göstərən, “Azarifrog” MMC-yə məxsus ilbiz istehsalı müəssisəsi Avropa İttifaqı ölkələrinə ixrac üçün qeydiyyata alınıb. Agentliyin təqdim etdiyi məlumatlar əsasında müəssisənin ilbiz məhsullarının ixracına dair məlumatlar Avropa İttifaqının TRACES (Trade Control and Expert System) elektron platformasında müvafiq siyahıya daxil edilib. Bununla da sözügedən müəssisə ölkəmizdə ilbiz istehsalı sahəsində Avropa İttifaqı bazarına çıxış əldə edən ilk istehsalçı müəssisə olub. Məlumat üçün bildiririk ki, daha öncə Avropaya dəri, kürü və qurbağa ayağı məhsullarının ixracına icazə alınıb.
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş