Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Naxçıvan Muxtar Respublikasının ərazisində quş qripi xəstəliyinə qarşı keçirilmiş epizootoloji monitorinqin nəticələrini açıqlayıb.
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən yolu, ev 57 ünvanında fəaliyyət göstərən “Fərmanoğlu” topdan satış ticarət obyektində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən ölkəmizdə qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin işinin mövcud qanunvericiliyin və beynəlxalq standartların tələblərinə uyğun təşkili məqsədilə mütəmadi olaraq təlimlər keçirilir.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi xarici ölkələrdə fəaliyyət göstərən və təsdiqdən keçməyən müəssisələrdə istehsal olunan yüksək risk qrupuna aid qida və yem məhsullarını respublikamıza gətirməyə cəhd edən sahibkarlara xəbərdarlıq edib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Ümümdünya Səhiyyə Təşkilatı və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndələri ilə görüşüb.
Lənkəran Dövlət Universitetində baytarlıq ixtisası üzrə sonuncu kursda təhsil alan tələbələr və həmin ixtisas üzrə təhsilini son 2 ildə başa vurmuş məzunlar üçün təlim-təcrübə kursu təşkil ediləcək.
Balakən şəhəri, H.Əliyev prospekti, 58 b ünvanında fəaliyyət göstərən “Az-Granata” şərab evi pərakəndə satış mağazasında planlı yoxlama keçirilib. Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
AQTİ-nin mütəxəssisləri tərəfindən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti təlim “Qida sahəsində gigiyena tələbləri” mövzusunda təşkil edilib.
Ağstafa, Qazax, Tovuz, Balakən, Qax, Zaqatala, Samux rayonlarının ərazilərində xırdabuynuzlu heyvanların taunu xəstəliyinə həssas ev və vəhşi xırdabuynuzlu heyvanlar arasında epizootoloji monitorinq keçirilir.
AQTİ-nin Mərkəzi Baytarlıq Laboratoriyası Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Dabaq Xəstəliyi üzrə Referens Laboratoriyası tərəfindən təşkil olunan səriştəlilik sınağında iştirak edib.
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş