Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Heyvan yemlərində aflatoksinin olması təhlükəlidir
Heyvan yemlərində aflatoksinin olması təhlükəlidir

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən yem istehsalçıları və idxalçılarının məlumatlandırılması məqsədilə görüş keçirilib. Görüş zamanı heyvan yemlərinin aflatoksin B1 ilə çirklənməsinin qida təhlükəsizliyi sahəsində ciddi problem yaratdığı bildirilib. Belə halların yaranması əsasən yemlərin düzgün saxlanmaması, yüksək rütubət və temperatur şəraitində kiflənməsi ilə bağlıdır. Problemin qarşısının alınması üçün bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən yemlərin istehsalı, daşınması və saxlanması mərhələlərində gigiyenik tələblərə ciddi riayət edilməlidir.  Agentlik tərəfindən hazırlanan “Yem məhsullarında aflatoksin B1 miqdarının azaldılmasına dair metodiki göstəriş” görüş iştirakçılarına təqdim olunub, sənədin əsas müddəaları barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, son dövrlərdə süddə aşkar edilən uyğunsuzluqların əsas səbəbi heyvan yemlərinin aflatoksin B1 ilə çirklənməsidir. Aflatoksin B1 əsasən kif göbələkləri tərəfindən istehsal olunan və yem məhsullarında yaranan toksindir. Yüksək dozada aflatoksinə məruz qalma adətən, qarın ağrıları, sarılıq, hepatit kimi simptomlarla müşahidə olunan aflatoksikoza səbəb ola bilər. Bu isə qaraciyərə ciddi zərər vuraraq insan sağlamlığı üçün həyati təhlükə yaradır. Sonda iştirakçıların sualları cavablandırılıb.

Ramazanda xurma istehlakının faydaları
Ramazanda xurma istehlakının faydaları

Ramazan ayında oruc tutan şəxslərin qidalanmasında xurma mühüm yer tutur. Yüksək qidalılıq dəyərinə malik olan xurma orqanizmin enerji dəyərinin qorunmasına və uzun müddət toxluq hissinin saxlanmasına kömək edir. Bir ədəd quru xurma təxminən 20–28 kalori ehtiva edir və vitaminlər, minerallar, təbii meyvə şəkərləri, zülal, karbohidrat və liflə zəngindir. Tərkibində lifin miqdarının çox olmasına görə toxluq hissi yaranır ki, bu da uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır.  Bununla yanaşı, xurma karbohidratlarla zəngin olduğundan həddindən artıq istehlak edildikdə qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Şəkərli diabet və piylənmədən əziyyət çəkən şəxslər həkimin tövsiyəsinə uyğun xurma istehlak edə bilərlər. Xurma alarkən onun xarici görünüşünə, eyni zamanda məhsulun satışa qədər düzgün saxlanmasına diqqət yetirmək lazımdır. Xurmanın üzərində zədə və kif əlaməti olmamalı, zərərli orqanizmlərin təsirinə məruz qalmamalıdır. Qablaşdırılmış halda satılan xurmanı alarkən buraxılış və son istifadə tarixinə mütləq nəzər yetirilməlidir. Yaxşı yetişmiş xurma səthi hamar, tünd qəhvəyi rəngli, mat, ləkəsiz, yumşaq, çəyirdəkli olmalı, lakin, parlaq, yapışqan və yağlı olmamalıdır. Xurmanın xarici səthinin açıq rəngli olması onun yaxşı yetişmədiyini, daxili lətli hissəsinin tünd rəngdə olması isə onun köhnə olduğunu göstərir. Həmçinin xurmanın qabığında çatlar varsa, qabığı soyulursa, bu məhsulun süni üsulla qurudulduğunu göstərir. Belə xurmaların isə istehlakı məsləhət görülmür. Xurma istiyə və günəş şüasına birbaşa məruz qalmadan, sərin şəraitdə və ya soyuducuda saxlanmalıdır. Açıq şəkildə satılan məhsullar toz və mikroorqanizmlərlə çirklənə biləcəyi üçün istehlakdan əvvəl mütləq yaxşıca yuyulmalıdır.

Ölkəmizdə at xəstəliklərindən azad zonaların yaradılması istiqamətində işlərə başlanılıb
Ölkəmizdə at xəstəliklərindən azad zonaların yaradılması istiqamətində işlərə başlanılıb

Avropa ölkələri atların idxalı zamanı ciddi epizootik və biotəhlükəsizlik tələbləri tətbiq edir. Bu tələblər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (ÜHST) tərəfindən müəyyən edilmiş beynəlxalq standartlara əsaslanır. Mövcud mexanizmlər tam uyğunlaşdırılmadıqda isə idman atlarının xaricə daşınması zamanı əlavə prosedurlar və məhdudiyyətlər yarana bilər. İdman atlarımızın beynəlxalq yarışlarda, xüsusilə Avropa turnirlərində fasiləsiz iştirakını təmin etmək məqsədilə ölkəmizdə “at xəstəliklərindən azad zona” və ya “kompartment” modelinin yaradılması istiqamətində işlərə başlanılıb. Bu məqsədlə keçirilən görüşdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), ÜHST-nin, Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar Xidmətlər Agentliyinin, Azərbaycan Atçılıq Federasiyasının nümayəndələri və beynəlxalq ekspertlər iştirak ediblər.  AQTA-nın sədr müavini Balarəhim Quliyev bildirib ki, müvafiq statusun əldə olunması üçün obyektlərdə ÜHST-nin Quruda yaşayan heyvanların sağlamlığı Məcəlləsinin tələblərinə uyğun infrastruktur qurulmalı, sanitariya-gigiyena və biotəhlükəsizlik tədbirləri tam təmin edilməli, eləcə də idman atlarının hərəkətinə dair xüsusi nəzarət və izləmə sistemi tətbiq olunmalıdır. Bu tələblər yerinə yetirildikdən sonra ÜHST-yə rəsmi müraciət ediləcək və müvafiq obyektlərin azad zona və ya kompartment kimi tanınması mümkün olacaq. Həmin status ölkəmizin beynəlxalq səviyyədə rəsmi tanınmasına, idman atlarının isə yarış keçirilən ölkələrə daha operativ və məhdudiyyətsiz daşınmasına imkan yaradacaq. Layihə çərçivəsində beynəlxalq ekspertlər tərəfindən infrastrukturun beynəlxalq standartlara uyğunlaşdırılması, baytarlıq və biotəhlükəsizlik prosedurlarının hazırlanması istiqamətində metodiki dəstək göstəriləcək.  Bu təşəbbüs həm at xəstəlikləri riskinin minimuma endirilməsinə, həm də Azərbaycanın beynəlxalq atçılıq yarışlarında nüfuzunun və təmsilçiliyinin gücləndirilməsinə xidmət edir.

Kürdəmirdə yerləşən heyvan bazarı açılıb - VİDEO
Kürdəmirdə yerləşən heyvan bazarı açılıb - VİDEO

Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən “Dafne Agro” MMC-yə məxsus heyvan satışı bazarının rekonstruksiyadan sonra fəaliyyətinə icazə verilib.  Belə ki, bazar ərazisi asfaltlanıb, giriş və çıxış qapısında dezbaryerlər, həmçinin yem anbarı, iri və xırdabuynuzlu heyvanların satış sahələri yenidən qurulub. Xəstə heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması üçün xüsusi izolyatorlar tikilib. Bazar ərazisində baytarlıq nəzarətinin təmin edilməsi məqsədilə baytar həkimin fəaliyyəti üçün nəzarət otağı yaradılıb. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib. Bundan öncə Beyləqan, Ağcabədi, Biləsuvar, İmişli, Şamaxı, Göyçay, Salyan, Göygöl və Bərdə heyvan bazarları fəaliyyətə başlayıb. Hazırda Masallı, Xaçmaz və Sabirabad heyvan bazarlarında intensiv təmir və rekonstruksiya işləri aparılır.  Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

Video
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

Multimedia

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?

Ramazan ayında qidalanma zamanı nələrə diqqət edək?