Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
İdman qidalarının satışı mağazalarında və idman zallarında monitorinqlər keçirilir
İdman qidalarının satışı mağazalarında və idman zallarında monitorinqlər keçirilir

Qida Təhlükəsizliyi Agentliyi Bakı şəhərində fəaliyyət göstərən idman qidalarının satışı həyata keçirilən mağazalarda və idman zallarında nəzarət tədbirlərini davam etdirir. Monitorinq zamanı qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən 6 müəssisədə idman qida məhsullarının satışının həyata keçirildiyi müəyyən edilib. Eyni zamanda Suraxanı rayonu, İ.Musayev küçəsi, massiv Q3 ünvanında yerləşən, fiziki şəxs Mehdiyev Vüsal Elxan oğluna məxsus “EG Fitness” idman zalında “İnstant Oats (ironmax)”, “Amino Professional”, “Ultra Strong (ironmax)”, “Omega 3 Professional”, “Creatine Powder (ironmax)”, Nərimanov rayonu, Azadlıq pr., ev 145 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Aslanlı Fuad Yavər oğluna məxsus “Tempo Fitness” idman zalında isə “Pure Whey Isolate 95”, “CLA Green Tea plus L-Carnitine”, “L-Carnitine Extreme Shot”, “Extreme Speed Shot”, “Arginin Ornitin”, “Krom Aktiv”, “Pump Express 2.0 Concentrate” əmtəə nişanlı məhsulların Azərbaycan dilində etiket məlumatları və idxal sağlamlıq aktları olmadan qanunsuz şəkildə satışa çıxarıldığı aşkarlanıb. Nöqsanlarla bağlı sahibkarlar barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək təhlükəsizlik tələblərinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub. Məhsulların toxunulmazlığı təmin edilərək satışdan kənarlaşdırılıb. Agentlik qida təhlükəsizliyi qeydiyyatından keçməyən və müvafiq icazə sənədləri ilə müşayiət edilməyən bioloji aktiv qida məhsullarını, o cümlədən idman qidalarını almaqdan çəkinməyi tövsiyə edir.

AQTA yanında İctimai Şuranın sədri: Dişi quzuların erkən kəsimi heyvandarlıq sektorunun dayanıqlılığına mənfi təsir göstərir
AQTA yanında İctimai Şuranın sədri: Dişi quzuların erkən kəsimi heyvandarlıq sektorunun dayanıqlılığına mənfi təsir göstərir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yanında İctimai Şuranın sədri, UNEC-in dosenti Mehriban Məhərrəmova “Erkən kəsimə son” kampaniyasını dəstəkləyir.  Mehriban Məhərrəmova xüsusilə dişi quzuların erkən kəsiminə diqqət çəkərək bildirib ki, son illərdə görülən tədbirlərə baxmayaraq, heyvandarlıq sektorunda müəyyən geriləmələr mövcuddur. Bu geriləmələrin əsas səbəblərindən biri heyvanların inkişaf mərhələsi tamamlanmadan kəsimə yönləndirilməsidir ki, bu da həm məhsuldarlığa, həm də sektorun uzunmüddətli dayanıqlılığına mənfi təsir göstərir. AQTA yanında İctimai Şuranın sədri erkən kəsimin bioloji aspektlərlə yanaşı, iqtisadi baxımdan da səmərəsiz olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, dişi heyvanların dövriyyədən çıxarılması, sürünün təbii artımını zəiflədir və genetik potensialın itirilməsinə gətirib çıxarır. Bu isə gələcəkdə məhsuldarlığın aşağı düşməsi ilə nəticələnə bilər.  Mehriban Məhərrəmova bildirib ki, mütəmadi maarifləndirmə tədbirləri nəticəsində bu tendensiyanın qarşısını almaq mümkündür:  “Nəticə olaraq, erkən kəsim yalnız bu günün deyil, gələcəyin də itirilməsidir. Bu, hələ bar verməmiş ağacın kəsilməsinə bənzər bir yanaşmadır. Ona görə də bu praktikanın qarşısının alınması aqrar siyasətin prioritet istiqamətlərindən biri olmalıdır” – deyə, M. Məhərrəmova vurğulayıb.

Azad zonaların yaradılması sahəsində Türkiyə ilə əməkdaşlıq genişləndirilir
Azad zonaların yaradılması sahəsində Türkiyə ilə əməkdaşlıq genişləndirilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndələri arasında onlayn formatda görüş keçirilib.  Görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə, xüsusilə qida təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib, bu əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.  Azərbaycanda heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat təqdim olunub. Bu sahədə Türkiyənin təcrübəsinin öyrənilməsi imkanları müzakirə edilib. Gələcəkdə azad zonalardan Türkiyəyə heyvandarlıq məhsullarının ixracının genişləndirilməsinin xüsusi prioritet kimi müəyyən edildiyi vurğulanıb. Zərərvericilərdən azad zonaların yaradılması, fitosanitar nəzarətin gücləndirilməsi və kənd təsərrüfatı bitkilərinin qorunması məqsədilə müasir yanaşmaların tətbiqi məsələləri nəzərdən keçirilib.  Qeyd olunub ki, risk əsaslı zərərvericilərin monitorinqi, onların xəritələşdirilməsi və mərkəzləşdirilmiş bitki sağlamlığı məlumat sistemlərinin qurulması sahəsində Türkiyənin qabaqcıl təcrübəsi öyrəniləcək və yerli şəraitə uyğunlaşdırılması üçün birgə elmi-tədqiqat layihələri həyata keçiriləcək. Bundan əlavə, pestisidlərin, aqrokimyəvi maddələrin və bioloji preparatların qeydiyyatı prosedurlarının təkmilləşdirilməsi, istehsal və emal müəssisələrinin texniki qiymətləndirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.  Görüş çərçivəsində həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Türkiyənin Pendik Baytarlıq Nəzarəti İnstitutu arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Video
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Multimedia

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV

“Qidanın nəbzi” podkastı: Fərid Mansurov idman qidaları ilə bağlı vacib məqamlara diqqət çəkib

“Qidanın nəbzi” podkastı: Fərid Mansurov idman qidaları ilə bağlı vacib məqamlara diqqət çəkib

AQTA “Doğru seçim, yüksək nəticə” adlı maarifləndirici layihəyə start verib

AQTA “Doğru seçim, yüksək nəticə” adlı maarifləndirici layihəyə start verib