Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Naxçıvanda heyvan xəstəliklərindən azad zonalar yaradılacaq
Naxçıvanda heyvan xəstəliklərindən azad zonalar yaradılacaq

Naxçıvan Muxtar Respublikası ərazisində heyvan xəstəliklərindən azad zonaların yaradılması istiqamətində prosedurların tətbiqinə başlanacaq. Bu təşəbbüs bölgədə baytarlıq nəzarətinin gücləndirilməsi, heyvandarlıq məhsullarının keyfiyyətinin artırılması və ixrac imkanlarının genişləndirilməsi baxımından mühüm addım hesab olunur.   Heyvan xəstəliklərindən azad statusun alınması, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə əsas müzakirə mövzusu olub. Görüş zamanı qeyd olunub ki, ilk növbədə azad zonalarda xüsusi diqqət dabaq xəstəliyinin qarşısının alınmasına yönəldiləcək və “peyvəndləmə ilə azad” statusun əldə olunması istiqamətində praktiki işlərə başlanacaq. Epizootoloji, diaqnostik, logistik və digər tədbirlərin icrasından sonra Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət ediləcək.  Beynəlxalq ticarət qaydalarına görə, heyvanlar və heyvan mənşəli məhsullar yalnız xəstəlik olmayan ölkələrdən, ya da beynəlxalq standartlara uyğun sağlamlıq statusu tanınan regionlardan ixrac edilə bilər. Bölgənin gələcək tranzit potensialını nəzərə alaraq, Naxçıvanda heyvan xəstəliklərindən azad statusun alınması yerli məhsulların ixracı və tranzit daşınması baxımından əhəmiyyətli rol oynayacaq.  Görüşdə heyvanların identifikasiyası, seroloji monitorinqlərin aparılması, vaksinasiya, qida təhlükəsizliyinə nəzarət məntəqələri, laboratoriyaların yaradılması və digər vacib məsələlər də müzakirə olunub. Bütün bu işlərə dair birgə tədbirlər planı hazırlanıb və əməli işlərə başlanması barədə razılıq əldə edilib.  Heyvan xəstəliklərindən azad zonaların yaradılması “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi üçün prioritet mövzulardan biridir.  Qeyd edək ki, Azərbaycan 2024-cü ildə ÜHST tərəfindən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb, eyni zamanda əvvəlki illərdə əldə edilmiş atların afrika xəstəliyi və donuzların afrika taunu xəstəliyindən azad status qorunub saxlanılır.

Kütləvi tədbirlər zamanı iaşə müəssisələrində qida təhlükəsizliyi tələblərinə əməl olunmalıdır
Kütləvi tədbirlər zamanı iaşə müəssisələrində qida təhlükəsizliyi tələblərinə əməl olunmalıdır

Kütləvi tədbirlər zamanı ictimai iaşə müəssisələrində qida məhsullarının təhlükəsiz və keyfiyyətli şəkildə istehlakçılara təqdim olunması üçün xammalın qəbulundan başlayaraq, saxlanma və emal proseslərinə qədər bütün mərhələlərdə sanitariya-gigiyena tələblərinə ciddi şəkildə əməl olunmalıdır. Xammalların çirklənmədən qorunması üçün müxtəlif məhsullar ayrı-ayrı sahələrdə saxlanmalı, soyuducu avadanlıqlar məhsulların xüsusiyyətlərinə uyğun yüklənməli və mal qonşuluğu prinsipinə əməl olunmalıdır. Emal sahələrində döşəmə, divar və tavanların asan təmizlənə bilən materialla üzlənməsi, doğrama lövhələrinin və alətlərin vəziyyəti, həmçinin onların təyinat üzrə ayrılması da çirklənmə riskini azaltmaq baxımından mühüm əhəmiyyət daşıyır. Qida blokunda çalışan işçilərin şəxsi gigiyenaya əməl etməsi, təmiz, xüsusi geyim və fərdi mühafizə vasitələrindən istifadə etməsi vacibdir. İşçilər işə başlamazdan əvvəl tibbi müayinədən keçməli, əllərində hər hansı bir yara və ya xəstəlik əlaməti olduqda qida ilə təmasdan uzaq tutulmalıdırlar. Əks halda qida məhsulları mikrobioloji çirklənməyə məruz qalaraq insan sağlamlığı üçün təhlükə yarada bilər. Bundan əlavə, yuma çanaqları da funksiyalarına görə ayrılmalı – işçi əllərinin, qida məhsullarının və alətlərin yuyulması üçün ayrıca bölmələr yaradılmalıdır. Hazır qidaların təhlükəsiz saxlanılması üçün isti və soyuq qidalar üçün uyğun temperatur rejimi təmin edilməlidir.  Qida təhlükəsizliyi tələblərinə əməl olunmaması insan həyat və sağlamlığına ciddi təhlükə yaratmaqla yanaşı, kütləvi zəhərlənmələrə gətirib çıxara bilər. Odur ki, qida məhsulları ilə davranışda qeyd olunan qaydalara əməl olunması önəmlidir. Mövzu ilə bağlı hazırlanmış videonu linkdən izləyə bilərsiniz:https://www.youtube.com/watch?v=uNMIxrNzvwk

Naxçıvanda qida təhlükəsizliyinə nəzarət məntəqələri yaradılacaq
Naxçıvanda qida təhlükəsizliyinə nəzarət məntəqələri yaradılacaq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Balarəhim Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovla görüş keçirib.  Görüş zamanı Naxçıvanda biotəhlükəsizliyin qorunması, o cümlədən heyvan xəstəliklərindən azad zonaların yaradılması və heyvan mənşəli məhsulların ixrac imkanlarının genişləndirilməsi imkanları müzakirə olunub. Qeyd olunub ki, dabaq xəstəliyi üzrə ilkin mərhələdə peyvəndləmə ilə azad statusun əldə olunması məqsədilə epizootoloji, diaqnostik, logistik və digər tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bu istiqamətdə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatına (ÜHST) müraciət olunacaq. Heyvan xəstəliklərindən azad statusun alınması, həmçinin heyvan mənşəli məhsulların ixracı və tranzit daşınmalarına mühüm töhfə verəcək.  Görüş zamanı heyvanların identifikasiyası, seroloji monitorinqlərin aparılması, vaksinasiya, idxal-karantin məntəqələrinin, laboratoriyaların yaradılması və digər məsələlər də müzakirə olunub.  Səfər çərçivəsində Naxçıvan ərazisində, xüsusilə Muxtar Respublikanın gələcəkdə tranzit potensialını nəzərə alaraq, qida təhlükəsizliyinə nəzarətin təmin edilməsi məqsədilə müvafiq strukturun qurulması imkanları yerində dəyərləndirilib.

AQTA meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara müraciət edib
AQTA meyvə və tərəvəz ixracı ilə məşğul olan sahibkarlara müraciət edib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) meyvə və tərəvəz məhsullarının ixracı ilə məşğul olan sahibkarlara müraciət edib. Bildiririk ki, beynəlxalq ticarət zamanı karantin zərərvericilərinin yayılmasının qarşısının alması ilə bağlı beynəlxalq standartların və idxalçı ölkələrin tələblərinin pozulması gələcəkdə ixrac potensialına mənfi təsir göstərməklə yanaşı, müəyyən qadağalara da səbəb ola bilər. İxrac olunan bitkiçilik məhsullarının qablaşdırılmasında istifadə edilən bəzi materiallara yapışqanlı stikerlərlə vurulan etiket məlumatları beynəlxalq standartların tələblərinə uyğun olaraq dayanıqlı, oxunaqlı və möhkəm olmalıdır. Tələblərə əməl edilmədikdə bu hal idxalçı ölkələrin tələblərinin pozulmasına gətirib çıxarır ki, bu da uyğunsuzluq kimi dəyərləndirilir. Ənənəvi qablaşdırmadan müasir qablaşdırmaya keçid və beynəlxalq standartlara uyğun qablaşdırma növlərindən istifadə gələcəkdə ixrac potensialını və məhsulların xarici bazarlarda rəqabət qabiliyyətini artıra bilər. Hazırda bitkiçilik məhsullarının ixracında artım dinamikası qeydə alınmaqdadır. Odur ki, bitkiçilik məhsullarının idxalçı ölkələrin etiketlənmə və qablaşdırma materiallarına dair tələblərinə, həmçinin “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş Beynəlxalq Standartların tələblərininə ciddi riayət edilməlidir. Sahibkarlar əlavə sualları yaranacağı təqdirdə, Agentliyin mərkəzi aparatına, həmçinin müvafiq regional bölmələrinə və 1003 qaynar xəttinə zəng vuraraq müraciət edə bilərlər.

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Multimedia

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV