Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi istiqamətində tədbirləri davam etdirir.
AQTİ mütəxəssisləri tərəfindən növbəti təlim “Qida subyektlərində sanitar-gigiyenik normalar” mövzusunda təşkil olunub. Təlimdə qida sahəsində fəaliyyət göstərən müxtəlif qida subyektlərinin istehsal, anbar və keyfiyyətə nəzarət mütəxəssisləri, eləcə də digər cavabdeh əməkdaşları iştirak ediblər.
19 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 14 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 2 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 4 müəssisədə nöqsanlar müəyyən olunub.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təşkilatçılığı və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dəstəyi ilə Bakıda “Pestisidlərin həyat dövriyyəsinin idarə edilməsi” mövzusunda keçirilən üçgünlük regional seminara yekun vurulub.
Nəzarət tədbirləri çərçivəsində Mingəçevir şəhəri, N.Rəfibəyli küçəsi, ev 2/2 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mustafayev Elşən Bəxtiyar oğluna məxsus toyuq kəsimi müəssisəsində Agentlik əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli oktyabrın 2-si saat 10:00-da Quba Rayon Heydər Əliyev Mərkəzində Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.
18 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 6 müəssisədə nöqsanlar müəyyən olunub.
Daxil olan vətandaş şikayəti əsasında Lənkəran rayonu, Girdəni kəndində fəaliyyət göstərən İbrahimov Əkbər Muxtar oğluna məxsus toyuq kəsimi müəssisəsində Agentlik əməkdaşları tərəfindən yoxlama keçirilib. Baxış zamanı müəssisənin normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.
18 sentyabr tarixində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Abşeron, Şəmkir, Ağcabədi rayonlarında fəaliyyət göstərən 10 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Multimedia
İdman qidaları və BAQM qəbulunda ən çox edilən səhvlər hansıdır? - Sual-Cavab
Sual-Cavab: Quzuların erkən kəsimi hansı risklər yaradır?
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş