Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
Təbiətin gizli təhlükəsi: zəhərli göbələklərdən ehtiyatlı olun - VİDEO
Təbiətin gizli təhlükəsi: zəhərli göbələklərdən ehtiyatlı olun - VİDEO

Göbələk zəhərlənmələri əsasən tərkibində təbii toksinlər olan zəhərli yabanı göbələklərin istehlakı nəticəsində baş verir. Belə halların yaranmasının əsas səbəbləri göbələk növlərinin düzgün tanınmaması, zəhərli növlərin yeməli göbələklərlə qarışdırılması, eləcə də məhsulun toplanması, saxlanması və hazırlanması zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsidir. Xüsusilə qeyd edilməlidir ki, bəzi zəhərli göbələklər zahiri görünüşünə görə yeməli növlərlə çox oxşardır. Buna görə də göbələklərin yalnız rənginə, formasına, qoxusuna və digər zahiri əlamətlərinə əsaslanaraq onların yeməli və ya zəhərli olduğunu müəyyən etmək mümkün deyil. Göbələk zəhərlənmələri daha çox yaz və payız aylarında, yabanı göbələklərin təbiətdən toplanması və istehlakının intensivləşdiyi dövrlərdə müşahidə olunur. Zəhərlənmənin ağırlıq dərəcəsi göbələyin növündən və tərkibindəki toksinlərin xüsusiyyətlərindən asılıdır. Bəzi zəhərli göbələklərin istehlakı qaraciyər və böyrəklərin zədələnməsinə, sinir sisteminin fəaliyyətinin pozulmasına, mədə-bağırsaq pozğunluqlarına, ağır hallarda isə ölümə səbəb ola bilər. Göbələk zəhərlənmələrinin qarşısının alınması məqsədilə istehlakçılara mənşəyi və növü məlum olmayan yabanı göbələkləri toplamamaq və istehlak etməmək tövsiyə olunur. Həmçinin göbələklərin küçə ticarəti və səyyar satış məntəqələrindən alınmasından çəkinmək vacibdir. Belə satış yerlərində məhsulun mənşəyini, toplandığı ərazini, eləcə də toplanma və saxlanma şəraitini müəyyənləşdirmək çətin ola bilər. Buna görə də göbələk alarkən mənşəyi məlum olan və müvafiq tələblərə uyğun fəaliyyət göstərən stasionar satış məntəqələrinə üstünlük verilməlidir.

AQTA-da Zəfər Günü münasibətilə tədbir keçirilib
AQTA-da Zəfər Günü münasibətilə tədbir keçirilib

Azərbaycan xalqı böyük qürur və iftixar hissi ilə dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olan 8 Noyabr – Zəfər Gününün 6-cı ildönümünü qeyd edir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində (AQTA) Vətən müharibəsində iştirak etmiş, eləcə də ailə üzvləri şəhid və ya qazi olmuş əməkdaşların iştirakı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib. Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib. Daha sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərini və əhalinin doğma torpaqlarına qayıdışını əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər Qarabağ və Şərqi Zəngəzurda yeni quruculuq və inkişaf mərhələsinin əsasını qoyub. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır, şəhər və kəndlər müasir standartlara uyğun qurulur, soydaşlarımızın doğma torpaqlarına təhlükəsiz və dayanıqlı qayıdışı təmin edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış siyasəti bu ərazilərin sosial-iqtisadi inkişafına və əhalinin layiqli yaşayış şəraiti ilə təmin olunmasına xidmət edir. Tədbirdə Vətən müharibəsində iştirak etmiş Agentlik əməkdaşları döyüş yolları ilə bağlı xatirələrini bölüşüb, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Onlayn Xidmət Sertifikatın yoxlanılması
Video
Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb

Multimedia

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb

Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq üzrə iki Anlaşma Memorandumu imzalanıb

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır