Təhlükəsiz qida ilə sağlam gələcəyə!

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi
AZ
Ümummilli Lider Heydər Əliyev Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycan Respublikasının Nazirlər Kabineti Heydər Əliyev Fondu
AQTİS-də idxal-ixrac prosedurlarının bütün əsas mərhələləri elektronlaşdırılıb
AQTİS-də idxal-ixrac prosedurlarının bütün əsas mərhələləri elektronlaşdırılıb

Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida təhlükəsizliyi sahəsində proseslərin daha səmərəli təşkili və göstərilən xidmətlərin əlçatanlığının artırılması məqsədilə rəqəmsallaşma istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilməkdədir. “Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi” İnformasiya Sistemi (AQTİS) vasitəsilə idxal və ixrac əməliyyatları ilə bağlı fasiləsiz elektron xidmətlərin göstərilməsi təmin olunur. İdxal olunan məhsullarla bağlı 8, ixrac əməliyyatları üzrə isə 4 növ elektron ərizə forması istifadəyə verilib.  Rəqəmsallaşma tədbirləri nəticəsində idxal-ixrac prosedurlarının bütün əsas mərhələləri elektron müstəviyə keçirilib. Belə ki, sahibkarların müraciətlərinin təqdim edilməsi, müraciətlərin aidiyyəti struktur bölmələr tərəfindən emalı və yekun sənədin təqdim olunması mərhələlərinin hər biri artıq elektron qaydada həyata keçirilir.  Elektron kabinet vasitəsilə sahibkarlar müraciətlərini onlayn qaydada təqdim edə, müraciətlərin icra vəziyyətini real vaxt rejimində izləyə, ödənişlər barədə məlumat əldə edə və ödənişləri elektron şəkildə həyata keçirə bilirlər.  Prosesin yekununda formalaşdırılan sənəd sahibkarın elektron kabinetinə göndərilir və sistem üzərindən qurulmuş avtomatik inteqrasiya vasitəsilə real vaxt rejimində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ötürülür.  Görülən işlər sahibkarlıq subyektləri üçün inzibati yükün azaldılmasına, insan amilinin minimuma endirilməsinə, xidmətlərin keyfiyyətinin yüksəldilməsinə və ümumilikdə qida təhlükəsizliyi sahəsində idarəetmənin müasir tələblərə uyğun şəkildə qurulmasına xidmət edir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən rəqəmsal transformasiya istiqamətində tədbirlərin mərhələli və sistemli şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Heyvanların identifikasiyası heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” izlənilməsinə imkan yaradır
Heyvanların identifikasiyası heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” izlənilməsinə imkan yaradır

Ölkədə heyvan sağlamlığının qorunması və təhlükəsiz heyvan mənşəli qida məhsullarının istehsalının təmin edilməsi məqsədilə Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin (HİQS) tətbiqi uğurla davam edir. Bu sistem xəstəliklərin diaqnostikası və profilaktikası üzrə həyata keçirilən tədbirlərə nəzarəti gücləndirməklə yanaşı, heyvan mənşəli məhsulların “fermadan süfrəyədək” izlənilməsinə geniş imkan yaradır.  Hazırda ölkəmizdə identifikasiya məqsədilə vizual və elektron qulaq birkaları, mikroçiplər və bolyuslar kimi innovativ vasitələrdən geniş istifadə olunur. Bu yanaşma hər bir heyvan üzrə tətbiq olunan peyvəndlər, antibiotiklər və digər baytarlıq preparatları, həmçinin qoyulmuş diaqnozlar barədə məlumatların vahid elektron bazada toplanmasına şərait yaradır. Toplanmış məlumatlar heyvan sağlamlığı ilə bağlı vəziyyətin operativ təhlilinə imkan verir, yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasını xeyli asanlaşdırır. Bununla yanaşı, sistem heyvanların genetik xətt üzrə izlənilməsinə, damazlıq işinin daha səmərəli təşkilinə və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verir. Ümumilikdə, heyvanların identifikasiyası heyvan və heyvan mənşəli məhsulların izlənilməsini təmin etməklə ölkədə bioloji təhlükəsizliyin möhkəmləndirilməsində və insan sağlamlığının qorunmasında mühüm rol oynayır.  Qeyd edək ki, HİQS-də bugünədək 916 842 baş heyvan qeydiyyata alınıb. Daha ətraflı məlumat əldə etmək üçün linkə keçid edə bilərsiniz:

Masallı və Ağsu heyvan bazarları açılıb - VİDEO
Masallı və Ağsu heyvan bazarları açılıb - VİDEO

Masallı və Ağsu rayonlarında yerləşən heyvan bazarlarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib. Belə ki, bazarların giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib. Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, həmçinin baytar həkimin nəzarəti üçün məntəqə tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.  Hazırda Abşeron, Cəlilabad və Xaçmaz heyvan bazarlarında intensiv təmir və rekonstruksiya işləri aparılır.  Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar və Kürdəmir rayonlarındakı heyvan bazarları fəaliyyətə başlayıb. Qeyd edək ki, bazarlar Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyasının 50 nömrəli Qərarı ilə təsdiq edilmiş norma və qaydalara uyğun yenidən qurulmalıdır. Yenidən qurulan heyvan bazarları isə yalnız Agentliyin müvafiq komissiyasının yekun qiymətləndirilməsindən sonra fəaliyyətə başlaya bilər. Daha ətraflı məlumat üçün linkə keçid edə bilərsiniz:

Video
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Multimedia

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

Çinə ixrac imkanlarımız genişlənir - Real TV

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV

Bakı metrosunda AQTA-nın “Erkən kəsimə son” layihəsi ilə bağlı sosial çarx yayımlanır - Real TV