Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi respublika ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərin mövcudluğunu müəyyən etmək, yayılmasının qarşısını almaq və mübarizə tədbirlərinin təşkili məqsədilə fitosanitar monitorinqləri davam etdirir.
Sosial şəbəkədə yayılmış məlumatın yerində araşdırılması məqsədilə Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən, fiziki şəxs İskəndərov Habil Arif oğluna məxsus “Şəki” restoranında Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları tərəfindən ölkədə fəaliyyət göstərən ali məktəklərin tələbələri ilə görüşlər davam etdirilir. Növbəti görüş Azərbaycan Texniki Universitetində qida sahəsinə aid olan ixtisaslar üzrə təhsil alan tələbələrlə keçirilib.
Daxil olan məlumat əsasında Bakı şəhəri, Nəsimi rayonunda yerləşən, fiziki şəxs Bədəlova Aynurə Kərəm qızına məxsus “Papanin” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Daxil olan müraciət əsasında Lənkəran rayonu, Cil kəndində fəaliyyət göstərən, Xamiyev Kamal Mirzaid oğluna məxsus “Cil” marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda “Molekulyar biologiya üzrə qabaqcıl texnologiyalar: klonlaşdırma, sekvenləşdirmə və amplifikasiya” adlı seminar təşkil olunub.
31 oktyabr - 1 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 17 ticarət müəssisəsi, o cümlədən 1 aptek və 10 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 17 müəssisədə nöqsanlar müəyyən olunub.
31 oktyabr - 1 noyabr tarixlərində Agentlik əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Bakı şəhəri və Şamaxı, Ağdaş, Tovuz rayonlarında fəaliyyət göstərən 6 heyvan kəsimi və ət satışı məntəqəsində bir sıra nöqsanlar aşkar olunub.
Multimedia
AQTA sədri Qoşqar Təhməzli "Xəzər TV" və "Trend" Beynəlxalq İnformasiya Agentliyinə müsahibə verib
Çinə ixrac imkanlarımız genişlənir - Real TV
AQTA heyvan sahiblərini və fermerləri heyvanlarını qeydiyyatdan keçirməyə çağırır
Giriş